Məhkəmə qərarları › İş №3(003)-655/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-655/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-655/2023 27.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 1 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 mart 2023-cü il tarixli protokola əsasən Şəxs 26 mart 2023-cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evdə sərxoş vəziyyətdə keçmiş arvadı ilə mübahisə edərək onu nalayiq söyüşlərlə söymüş, arvadı bu barədə polis əməkdaşlarına məlumat vermiş və Şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostunun ad günündə spirtli içki qəbul etmiş və evə gələrkən keçmiş arvadı Nəsirova Kəmalə ilə mübahisə etmişdir və arvadı bununla bağlı “102”-yə zəng etmişdir. Oraya gələn polis əməkdaşlarına qarşı əl-qol ataraq onlara tabesizlik göstərmiş və qaçmağa çalışmışdır. Sərxoş olduğuna görə özünü idarə edə bilməmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zirə qəsəbəsində yaşadığı evdə sərxoş vəziyyətdə keçmiş arvadı ilə mübahisə edərək onu nalayiq söyüşlərlə söymüş, arvadı bu barədə polis əməkdaşlarına məlumat vermiş və Şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlətmişdir. Bununla da o, polis əməkdaşının tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı David Yusifovun xx.xx.2022-ci il tarixli raportundan görünür ki Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 1/1055 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,736% alkoqol müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən hadisəni bir il ərzində təkrar və sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdırıcı hal kimi qiymətləndirir. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.2, 33.1.7, 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 27 mart 2023-cü il tarixdən saat 00:05-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar