Məhkəmə qərarları › İş №3(003)-664/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-664/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-664/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə baş inspektoru, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsiştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,Cəbrayıl rayonunun Əmirvarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi N.Əliyev küçəsi nömrəsiz fərdi evdə yaşayanŞəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxxxxx 2020-ci il tarixdə “Mercedes Benz E 320” markalı UU218CC dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təxminən saat 23 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində X3 məxsus “Yaquar” markalı **-XJ-*** dövlət qeydiyyat naşanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin DYPŞ YNH inspektoru, polis baş leytenantı X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər DYPŞ-nin nümayəndəsi, YNH üzrə baş inspektor, polis kapitanı X6 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “Mercedes Benz E 320” markalı UU218CC dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təxminən saat 23 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində X3 məxsus “Yaquar” markalı **-XJ-*** dövlət qeydiyyat naşanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş və bədən xəsarəti almamışdır. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyanı etiraf edir və həmin ziyanı tam olaraq ödəyəcəyinə söz verir, əks təqdirdə müvafiq məsuliyyət daşıyacağına etiraz etmir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bir neçə dəfə xəbərdar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs X5 məhkəmənin heç bir iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, müvafiq inzibatixətanın baş verməsi faktı barəsində inzibati xətahaqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: xx xxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,Cəbrayıl rayonunun Əmirvarlı kəndində qeydiyyatda olan, bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi N.Əliyev küçəsi nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar