Məhkəmə qərarları › İş №3(003)-665/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-665/2021

24.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-665/2021 24.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Əvəz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1959-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Fiziki şəxs Şəxs (FİN- xxxxxxx) - 14 nömrəli BŞX-nin Xəzər rayon dairəsinin poliklinika şöbəsinin böyük tibb bacısı - 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, tanışı X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması barədə ona müraciəti üzrə təkid edərək Südabə Məmmədyarovanı bu qanunsuz təklifi ilə razılaşaraq peyvəndi şprisə doldursa da, yalnız peyvəndi vurma görüntüsü formalaşdırmağını və sözügedən şəxsin peynədləşdirilmiş şəxs kimi qeydiyyata alınmasını təmin etməklə 14.03.2020-dən əlkə ərazisində qüvvədə olan epidemiya əleyhinə rejimin tərkib hissəsini təşkil edən və “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi pozduğuna görə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X9 qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 14 nömrəli BŞX-nin Xəzər rayon dairəsinin poliklinika şöbəsinin böyük tibb bacısı - 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, tanışı X2 peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması barədə ona müraciəti üzrə təkid edərək Südabə Məmmədyarovanı bu qanunsuz təklifi ilə razılaşaraq peyvəndi şprisə doldursa da, yalnız peyvəndi vurma görüntüsü formalaşdırmağını və sözügedən şəxsin peynədləşdirilmiş şəxs kimi qeydiyyata alınmasını təmin etməklə 14.03.2020-dən əlkə ərazisində qüvvədə olan epidemiya əleyhinə rejimin tərkib hissəsini təşkil edən və “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi qaydalarını pozmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi nəzərdə tutulmuş xətanı törətmişdir sonuncu barəsində müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi etdi ki, peyvəndi o etməmişdir, Südabə Məmmədyarova xahiş etmişdir ki, Samir qonşusudur, allergiyası olduğu üçün peyvənd olunmaq istəmir. Lakin peyvənd olunmaya dair kartoçkanı o, Samirə vermişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi nəzərdə tutulmuş xətanın tərkibi olmadağından inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi baş ədliyyə müşaviri X1 24.04.2021-ci il taixli qərarından görünür ki, xx.xx.1959-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşayan Şəxs (FİN - xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində vermiş olduğu 24.04.2021-ci il tarixli tarixli izahatından bildirmişdir ki, “... Qonşumun oğlu X8 təxminən 15 gün bundan qabaq telefonla mənə zəng edib dedi ki, vaksin olunmaqdan qorxur, amma komputer mühəndisi işlədiyi “DOST” agentiliyindən ondan vaksin olunması ilə bağlı vəsiqə, yəni kart istəyirlər, ona görə də ona vaksin vurulmamasını və həmin kartın verilməsini dedi. O mənə ilk dəfə belə dedikdə dedim ki, bu olmaz. Lakin o, teztez mənə zəng edir, ya da işimə gəlib xahiş edirdi ki, ona vaksin vurulmasın. O bizim evdə böyüyən uşaq olub. Buna görə də mənim də ona yazığım gəldi. Amma mən ondan vaksin olunmaması müqabilində heç bir şey istəməmişəm, həmçinin pul almamışam, o da mənə bunun müqabilində heç bir şey təklif etməyib, eləcə də, pul verməyib. 21 aprel 2021-ci il tarixdə saat 13 radələrində mən həmin məktəbdə işdə idim. Artıq vaksin olunma növbəsi X7 gəldi. O, peyvəndlənmə otağına daxil oldu. Tibb bacısı X3 Gözəlova vurulması nəzərdə tutulan vaksini iynəyə çəkdi və Samir Gözəlov stulda oturdu. X4 həmin vaxtı dedim ki, Samir Gözəlov mənim qonşumun oğludur. onun allergiyası var və ona peyvənd vurma. Mən əvvəlcədən ona bu barədə heç nə deməmişdim ona görə ki mən X5 növbəsi zamanı gələcəyini bilmirdim və vaksinatorlar növbə ilə işləyirlər. Samir paltarının sağ qol hissəsini yuxarıya qaldırdı və tibb bacısı qaynamış suyu Samirin qoluna pambıqla sürtüb vaksini onun qoluna vurmuş kimi etdi. Amma doza iynənin içərisində idi və Südabə Samirə vaksini vurmadı. Samir vaksin olunmuş kimi otağı tərk etdi. Gördüm ki, Südabə iynəni Vaksinlər üçün nəzərdə tutulmuş qutuya atdı. Mən də vaksin olunması barədə kartı Samirə verdim. Lakin Südabənin iynəni içindəki doza ilə birlikdə atıbatmadığını, eləcə də, kənara axıdıb-axıtmadığını görmədim. Həmin gün saat 16 fadələrində vaskinatorlar üzrə kurator olan Yusif adlı şəxs bütün ampulaları mənə təqdim etdi. Mən ampulalara baxıb saydıqda hamısının boş olduğunu gördüm”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yoluxucu xəstəliklərin immunoprofilaktikası - profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir. Həmin qanunun 5-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.02.2020-ci ildən COVİD-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah təsis edilmişdir. Qərargahın qərarı əsasında 14.03.2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunmuş bəzi sosial izolyasiya tədbirləri başladılmış və həmin rejim 01.06.2021-ci ilədək qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya prosesi həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazirlər Kabineti qeyd edilən qərarlarında nəzərdə tutulmuş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi qaydalarını pozmuşdur. Belə ki, peyvən edilməsinin onun tərəfindən edilməməsinə baxmayaraq, nəticədə peyvənd olunmayada dair kartoçka onun tərəfindən Samir Gzəlova verilmişdir. Bununlada vaksinasiya prosesini pozaraq epedemiya əleyhinə rejmini pozmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar