Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-679/2020 18.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunun Axtaçı-Şirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonunun Axtaçı-Şirvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ Dövlət X2 daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə “Mercedes Benz C180”minik markalı **-KZ-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis kiçik serjantı X1 tərəfindən xx xxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz C180”minik markalı **-KZ-*** qeydiyyat nömrə nişanlı avtomobillə Şağan qəsəbəsində hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol vermədiyi halda Dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılaraq alkoqollu içki qəbul edib-etməsi soruşulmuş, o da bir gün əvvəl 2 bakal pivə içdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşı onun içkili olub-olmamağını yoxlamaq üçün “alkotester” adlanan aparta üfürməsini tələb etmiş və o, həmin aparata nəfəsini verdikdən sonra polis əməkdaşı onun içkili olduğunu və alkoqolun 0,703 promil (saat 08:25) olduğunu demişdir. Vəziyyəti belə gördükdə, o, polis əməkdaşlarından alkotestrin mənşəyini, həmçinin sertifikatının olub-olmadığını soruşmuş, hazırda sərxoş olmadığını, dünəndən içdiyi pivənin isə onun indi nəqliyyat vasitəsini normal idarə etməsinə mane olmadığını bildirməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun etirazlarını görən digər bir polis əməkdaşı ona yaxınlaşaraq həll olunacaq xırda bir işi bu qədər böyütməyin heç bir mənasının olmadığını demiş, o da tələsdiyindən, həmin polis əməkdaşına inanıb protokola öz sözləri ilə izahat yazmaq istədiyini bildirmişdir. Polis əməkdaşlarının istədikləri formada yazdırılmış izahatında göstərmişdir ki, “mən Şəxs alkotesterdən keçdim həkimə getməyə ehtiyac yoxdur”. Bu sözləri protokola yazdıqdan sonra polis əməkdaşlarının dediyi kimi, “həll olunacaq xırda bir işin” artıq həll olunmadığını gördükdən sonra özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 10:35 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının faizi 0,00 promilli olması aşkar olunmuş və 1/10203 saylı, protokol ilə rəsmiləşdirilmişdir. Belə olan halda onun barəsində İXM-nin 333. 1-ci maddəsi ilə bağlı protokol tərtib olunması əsassızdır. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan xx xxxx 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,703 promil olması aşkar edilmişdir. İş materiallarına olan 1/10203 №-li, xx xxxx 2020-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil olması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol, “alkotester” adlanan aparatın göstəricisi və rəydir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə saat 08:25 radələrində Sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı Şəxs alkoqol sərxoşluğunun 0,703 promil olması aşkar edilməsinə baxmayraq, o, Respublika Narkoloji Mərkəzinə aparılmamışdır, həmin gün xx xxxx 2020-ci il tarixdə saat 10:35 radələrində Şəxs özü şəxsən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun Sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsindən sonra 1/10203 №-li protokol tərtib edilmiş, protokolda Tale Nəsirovun sərxoşluq müəyyən edilməmişdir, yəni - alkoqol sərxoşluğu 0,00 promil olaraq göstərilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, məhkəmə “alkotester” adlanan aparatın göstəricisi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1/10203 №-li, xx xxxx 2020-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ziddiyət təşkil etdiyindən Tale Nəsirovun sərxoş olması qənaətinə gəlməsi üçün kifayət etmir. Bundan başqa, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibatixətahaqqındaiş üzrə icraataxitamverilməsihaqqındaqərarçıxarılır. Hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-679/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-679/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver