Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-68/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti baş əmək müfəttişi X9 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X11 izahatında bildirdi ki, şirkət tərəfindən işğaldan azad edilmiş Şuşa, Xankəndi, Cəbrayıl və digər şəhər və rayonlarda müxtəlif işlər görülmüşdür. Verdiyev Asiflə podrat müqaviləsi imzalanmışdır. Digər iki şəxs olan İntiqam Alıyev və Cəmil Dəmirovla onların şirkətinin heç bir əlaqəsi olmamışdır. X21 rayonu Sarıcalı kəndində başqa şirkət tərəfindən işlərə cəlb edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X12 protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X7 mülahizə təqdim edərək orada qeyd etmişdir ki, mətbuat vasitəsi ilə (FED.az saytı) AQROMAN MMC-nin cərimə edildiyini öyrəndikdə araşdırmış və məlum olmuşdur ki, X2rın məlumatı olmadan barələrində protokol tərtib edərək Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi isə öz növbəsində işi icraata qəbul etmişdir. Məhkəmənin qərarına əsasən kifayət qədər sübut olmadığına görə protokol yenidən baxılması üçün X6 geri göndərilmişdir. X10 tərəfindən barələrində tərtib edilmiş protokola Dəmirov Cəmilin izahatı əlavə olunaraq yenidən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında izahatla tanış olduqdan sonra onun əsassız olduğu aydın olmuşdur. Belǝ ki, izahatda X23 rayonu Sarıcalı kəndində hansısa şirkət tərəfindən tikinti işlərinə cəlb edildiyini qeyd etmişdir. İzahatda AQROMAN MMC-də hər hansı bir işə cəlb edilməsi barədə heç bir qeyd yoxdur. Dəmirov Cəmilin izahatında qeyd edilmiş 077 ***-**- ** nömrəli mobil nömrə ilə əlaqə saxlayaraq dəqiqləşmə aparıldıqda məlum olmuşdur ki, o heç vaxt AQROMAN MMC-də heç bir tikinti işlərinin icrasına cəlb edilməmişdir və Ağdam rayon Sarıcalı kəndində hansısa digər bir şirkətlə əməkdaşlıq etmişdir. Həmçinin Şəxs MMC-nin X19 rayonu, Sarıcalı kəndində işlətməsi faktiki olaraq mümkün deyil. Belə ki, Şəxs MMC ümumiyyətlə Ağdam rayonunda heç bir inşaat işləri aparmamışdır. İşğaldan azad edilmiş ərazilərə giriş icazəsi yalnız Şuşa şəhəri üçün açılmış və şəxsin onlar tərəfindən açılan icazə əsasında həmin ərazilərə səfər edib etməməsi məlum deyil. Şəxs MMC sahədə işçilərin təhlükəsizliyinə ciddi şəkildə önəm verir, bütün tikinti sahələrində sərt SƏTƏM qaydaları tətbiq edir. Sifarişçilərin nümayəndələri daim sahədə işlərin icrasına nəzarət etdiyi üçün faktiki olaraq sahədə əmək müqaviləsi olmadan işçi işlətmək mümkün deyil. İşğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınan insanlar yerində işlə tanış olduqdan sonra qarşılıqlı razılıq əldə olunduğu halda əmək müqaviləsi, xidmət və ya subpodrat müqaviləsi rəsmiləşdirildikdən sonra işlərə cəlb edilir. Dəmirov Cəmilə açılmış icazə də yalnız sahədə hər hansısa bir işlə tanış olaraq qiymət təklifi təqdim etmək üçün açılmışdır. Həmçinin qeyd edilən inzibati xəta maddi tərkibli inzibati xəta olduğu üçün inzibati xətanın yaranması üçün maddi ziyanın dəymiş olması sübut edilməlidir. Qeyd edilən insanların əmək münasibətlərinə cəlb edilməsini sübut edən videoçəkiliş və ya fotoşəkil, həmin insanların izahatları və sair sübutlar olmadan elektron qaydada aşkarlanmış işğaldan azad edilmiş ərazilərə giriş icazəsi həmin insanların əmək münasibətlərinə cəlb edilməsinə əsas deyil. İş materiallarından aydın olur ki, məhz "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və bu halda İXM-də nəzərdə tutulmuş əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq istifadə edilməklə baxılmanın informasiya sistemlərindən (ehtiyatlarından) xüsusiyyətlərinə riayət edilməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə giriş icazəsi almış X14, X8 və X13 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş və nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Sifarişçi Şəxs MMC və podratçı X13 arasında imzalanmış xx.xx.2023-cü il tarixli 001 saylı podrat müqaviləsindən görünür ki, podratçı sifarişçinin tapşırıqları əsasında beton işləri üçün armaturdan və katinkadan karkasların və qəliblərin hazırlanması işlərini görməyi öhdəsinə götürür. Sifarişçi isə podratçıya yerinə yetirilmiş işlərin bu müqavilədə və müqavilənin tərkib hissəsi hesab olunan əlavələrində razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürür. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD9 saylı, xx.xx.2023-cü il tarixli BD1 saylı və xx.xx.2023-cü il tarixli BD4 saylı ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən X5 bank hesabına müvafiq olaraq 10473 manat, 6000 manat və 14910 manat ödənişlər edilmişdir. - DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2025-ci il tarixli 3-BB/2-9698/2025 saylı məktubdan görünür ki, X14, X8 və X13 həqiqətən də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işğaldan azad edilmiş Ağdam, Tərtər, Xocalı, Cəbrayıl rayonlarında həmçinin Xankəndi və Şuşa şəhərlərində olmuşlar. - X1 Əmək Müfəttişliyi Xidmətinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdən Ağdam rayonunun Sarıcalı kəndində tikintidə hörgü işlərinin aparılması üçün işə cəlb edilmişdir. İşlədiyi müddət isə 01 aydan çox olmuşdur. Lakin, hansı şirkət tərəfindən işə cəlb edildiyindən dəqiq məlumatı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs MMC ilə X13 arasında bağlanmış podrat müqaviləsi əsasında sonuncu Şuşa şəhərində tapşırıqların yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı müvafiq bank ödənişləri də mövcuddur. Digər şəxslər X14, X3 isə əmək müqaviləsi və ya xidməti müqavilə olmadan işlərin gördürülməsinə cəlb edilməsi isə məhkəmə baxışı zamanı sübut olunmamışdır. Bu barədə hər hansı mötəbər dəlil iş materiallarında mövcud deyildir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi barədə təqsirliliyi sübuta yetirilməmişdir. Həmçinin, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2025-ci il tarixli 3-BB/2- 9698/2025 saylı məktubu ilə də təsdiq edilmişdir ki, X13 onunla bağlanmış podrat müqaviləsinə görə işğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq olmuşdur. Çünki, Şəxs MMC ilə X13 arasında işlərin görülməsinə dair müvafiq podrat müqaviləsi mövcud olmuşdur. Lakin, digər iki şəxs X14 və X8 işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində olmuşlar. Məhkəmə iş üzrə müəyyən edilmiş halları və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 53, 105,114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-68/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-68/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver