Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-681/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəsi müavini X3 16 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəsi müavini X3 16 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 16 aprel 2021 il tarixdə Bakı şəhəri DƏMX-nin rəis müavini X10 tərəfindən barəsində MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Barəsində tərtib edilən protokolda “xxxx” MMC-nin Cəlilabad filialının qanuni təmsilçisi yəni direktoru olduğu üçün onu İXM-nin 192.3-cü maddəsinin tələblərini pozuduğunu əsas gətirərək, iştirakı olmadan İnzibati məsuliyyət müəyyən edilmiş, onun bu protokolun tərtib olunmasında iştirakı olmadan, protokol tərtib edilib qərar verilmişdir. O, inzibati tənbeh vermə haqqında qərar verildikdən sonra bundan qeyri-rəsmi xəbər tutmuş və onların əməllərinin qanunsuz olduğunu bildirmiş, lakin, onlar hər hansı qanuni əsas gətirmədən barəsində “inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir, şikayətiniz varsa, məhkəməyə müraciət edin” deyə cavab vermişlər. DƏMX tərəfindən “xxxx” MMC-nin Cəlilabad filialına və vəzifəli şəxs olaraq ona heç-bir rəsmi məktub, bildiriş daxil olmamışdır. O, direktor olaraq DƏMX-nin qanunsuz əməllərindən xəbərsiz olmuşdur. Barəsində tərtib olunmuş protokoldan belə məlum olur ki, o, Azərbaycan Respublikası İXM-nin 192.3 cü maddəsinə işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə inzibati xəta törətmişdir. Onun etirazı, haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Məhkəmənin Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinin dispozisiyasına diqqət yetirməsini xahiş edir. Həmin maddəyə əsasən direktoru olduğu “xxxx” MMC-nin Cəlilabad filialında əməkdaşlara onlar qanunvericilikdə nəzərdə tutulan minimum əmək haqqından az maaş verməlidirlər. Lakin bu, belə deyil. “xxxx” MMC-nin Cəlilabad filialında əməkdaşlar vaxtamuz deyil işə muzd çalışır. İşəmuzd çalışan şəxslər gördükləri işin müqabilində vəsait alırlar. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (ƏM) ilə tənzimlənir. ƏM-nin 149.1-ci maddəsinə əasən Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürülməklə müəyyən edilir. ƏM-nin 149.2-ci maddəsinə əasən işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. ƏM-nin 157.1ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. ƏM-nin 160.2. İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq bildirir ki, inzibati tənbeh vermə haqqında qərar tam olaraq qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.5-ci maddəsinə əsasən, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. DƏMX tərəfindən araşdırılmadan tərtib edilən protokola baxmayaraq, “xxxx” MMC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilib. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəsi müavini X3 16 aprel 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, başlanılmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X12 məhkəməyə mülahizə təqdim edərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 tərəfindən Nazirliyin “Əmək Müqaviləsi bildirişləri” altsisteminə baxış keçirilən zaman “xxxx” MMC tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərində işçilərin əmək haqqı məbləğlərinin minimum aylıq əmək haqqı məbləğindən aşağı olduğu faktı müəyyən edilmişdir. Bundan sonra, “Əmək Müqaviləsi bildirişləri” altsistemindən əldə edilmiş məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə “xxxx” MMC-nin rəhbərliyinə 26 fevral 2021-ci il tarixdə **********3 saylı məktub ünvanlanaraq 16 mart 2021-ci il tarixdə saat 16:30-da X14 Xidmətinə çağırıldığı bildirilmişdir. Lakin “xxxx” MMC-nin direktoru X9 qeyd edilən tarixdə X14 Xidmətinə gəlməmiş, işçilər ilə bağlanmış əmək müqavilələrinin surətlərini X6 ilə Xidmətə təqdim etmişdir. Təqdim edilmiş əmək müqavilələrinə əsasən “xxxx” MMC tərəfindən 28 nəfər işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi faktı öz təsdiqini tapmışdır. Bu səbəbdən də “xxxx” MMC-nin vəzifəli şəxsi kimi cəmiyyətin direktoru X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən 06 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Sözügedən protokol Xidmətin 07 aprel 2021-ci İ tarixli **********4 saylı məktubu ilə X7 göndərilmişdir. 06 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-ci maddəsi ilə 16 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 Əmək Müfəttişliyi Xidmətinin 16 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, barəsində protokol tərtib edilərkən və qərar qəbul edilərkən ona xəbər verilməmişdir, həmçinin işçilər ilə işəmuzd əmək müqaviləsi bağladığından onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı vermişdir. Hesab edirlər ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallatı arasında olan 26 fevral 2021-ci il tarixli **********3 nömrəli və 07 aprel 2021-ci il tarixli **********4 nömrəli məktubların surətindən də göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığı, həmçinin işə baxılacağı barədə qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilmişdir. Həmçinin, X9 şikayətində və məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı barədə ona məlumat verilmədiyini bildirsə də, X6 vasitəsi ilə işçilərlə bağladığı əmək müqavilələrinin surətini Xidmətə göndərmişdir. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması barədə məlumatı olmuşdur. Eyni zamanda bildirirlər ki, iş materialları arasında olan əmək müqavilələrinin surətindən və əmək müqaviləsi bildirişlərinin surətlərindən də göründüyü kimi, işçilərlə bağlanılmış əmək müqavilələrində işçilər üçün 6 günlük iş həftəsi ərzində hər gün saat 09:00-dan 17:00-a kimi iş saatı müəyyən edilərək 143 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin birinci hissəsinlə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin üçüncü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Həmçinin, “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair” Tövsiyələr barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 109 nömrəli qərarının 2.5-ci bəndinə əsasən X20 üzrə əmək və əməyin ödəniş qiymətləri müəyyən edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən işçilər arasında ayrı-seçkilik qoyulmadan birinci dərəcə üçün müəyyən edilmiş əməyin ödəniş qiyməti (aylıq iş normasını və əmək funksiyasını yerinə yetirmiş işçi üçün) dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərancamı ilə Respublikada minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin 1 sentyalır tarixindən 250 manat müəyyən edilmişdir. Göründüyü kimi, “xxxx” MMC tərəfindən sadalanan maddələrin tələbləri pozulmuşdur. Belə ki, MMC 28 nəfər işçisinə minimum aylıq əmək haqqı məbləğindən aşağı məbləğdə, yəni 143 manat əmək haqqı ödəmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin maddəyə əsasən işçiyə müvafiq icra hakimiyyəli orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərdən də göründüyü kimi, X9 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X2 şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin inzibati tənbeh vermə haqqında 16 aprel 2021-cı tarıxli MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqavilələrindən görünür ki, X4 və digər 27 nəfər işçi ilə müqavilə 03 yanvar 2019-cu il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilələri bildirişindən görünür ki, işçilərlə müqavilə müddətsiz bağlanmış, əməyin ödənilməsi forması işəmuzd, aylıq əmək haqqının məbləği əvvəl 143 manat, hazırda 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 16 aprel 2021-ci il tarixli ******* saylı qərarından görünür ki, “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əssən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsaən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 və digər 28 nəfər işçi ilə müqavilə 03 yanvar 2019-cu il tarixdə bağlanmışdır. Müqavilələrə əsasən işçiyə hər ay işəmuzd məbləğdə əmək haqqı ödənilir, iş saat 09:00-dan başlanır 17:00-da qurtarır, iş həftəsi 6 günlük müəyyən edilmiş, müqavilə müddətsiz bağlanmışdır. 18 fevral 2021-ci il tarixə kimi işçilərin əmək haqqı 143 manat, hazırda isə 250 manat təşkil edir. 16 aprel 2021-ci il tarixli qərarına əsasən “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi, işçilərlə müqavilələr 03 yanvar 2019-cu il tarixdə bağlanmışdır. Belə olan halda, inzibati xətanın törədilməsi faktı 03 yanvar 2019-cu il tarixdə baş vermiş, lakin inzibati xəta haqqında protokol 16 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, , “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, şikayət təmin edilməli, “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 07 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şikayət təmin edilsin. “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəsi müavini X10 tərəfindən qəbul edilmiş 16 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. “xxxx” MMC-nin Cəlilabad filialının direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-681/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-681/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver