Məhkəmə qərarları › İş №3(003)-682/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-682/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-682/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.1974-cü ildə Tərtər rayonu, Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Tərtər rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, icraatında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1385/2008 saylı, xx.xx.2008-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10625 manat məbləğində pul alınaraq X7 verilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 7191,88 manat tutularaq “Nikoyl” X3 ödənilməlidir. Şəxs icra sənədləri barədə məlumatının olmasına baxmayaraq 2022-ci il tarixdən yerinə yetirməsindən yayınır və çağırışlarına gəlmədiyindən həmin ildən barəsində axtarış elan edilmişdir. Halhazıradək heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun icra sənədləri barədə məlumatı vardır. Lakin əvvəllər cinayət əməli törətdiyinə görə 2013-cü ildən 2018-ci ilədək məhkum olunmuşdur. Bu səbəbdən ödəniş edə bilməmişdir. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə hər ay 30 manat ödəniş etməklə ümumilikdə 600 manat ödəniş etmişdir. 2018-ci ildə azad olunduqdan sonra isə işləyə bilmədiyindən ödənişlər edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, icra sənədi üzrə Şəxs ona 10000 manat borcu vardır. Lakin ödəməkdən yayınır. Ona görə də barəsində ağır tənbeh tətbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1988 saylı, xx.xx.2009-cu il tarixli və 2(003)-1385 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə tələbi ödəməkdən yayınması səbəbinə görə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1385/2008 saylı, xx.xx.2008-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 10625 manat məbləğində pul alınaraq X7 verilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 2005-ci il buraxılışlı, ban BAN- XTA**********5188, ağ rəngli, “VAZ-21074” markalı, ******* mühərrik, ** TT *** dövlət nömrə nişanlı minik avtomobilinə olan mülkiyyət hüququna xitam verilməli, 2005-ci il buraxılışlı, ban BAN-XTA**********5188, ağ rəngli, “VAZ-21074” markalı, ******* mühərrik, 10 TT389 dövlət nömrə nişanlı minik avtomobilinin açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ Şəxs “Nikoyl” X1 3731,74 manat əsas kredit borcu, kreditdən istifadəyə görə 1010,14 manat məbləğində faiz borcu, gecikdirməyə görə xx.xx.2009-cu il tarixədək hesablanmış 2430 manat cərimə pulu və 20 manat dövlət rüsumu, ümumilikdə 7191,88 manatın ödənilməsinə yönəldilməlidir. -bir neçə icra sənədinin bir icraatda birləşirilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1988/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1385/2008 saylı, xx.xx.2019-cu (xx.xx.2008-ci) il tarixli icra sənədinin bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, icra sənədləri barədə Şəxs məlumatı vardır və o, həmin icra sənədləri üzrə tələbləri uzun müddətdir hər hansı bir üzürlü səbəb olmadan yerinə yetirmir. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra məmuru tərəfindən 2021-ci ildən Şəxs axtarışa verilmiş və həmin tarixdən o icra məmurunun çağırışlarına gəlməkdən yayınmaqla icra sənədləri üzrə tələblərinin yerinə yetirilməsi üçün heç bir hərəkət etməmişdir. İcra sənədi üzrə tələbinin icra edilməməsinin səbəbi isə işləməməsindən ibarətdir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Bununla da məhkəmə qeyd edir ki, icra sənədləri üzrə tələblərinin uzun müddət ərzində yerinə yetirilməməsi üçün Şəxs hər hansı bir üzürlü səbəbi mövcud deyil. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirilən halları, məsuliyyətini yüngülləşdiriən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X8 X4 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar