Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-683/2020 21.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Xəzər rayon prokurorunun köməkçisi x2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x1 iştirakları ilə xx xxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq YYS-də yaşayan Şəxs barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 211.1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə 21 iyul 2020-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq YYSdə polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci PŞ-nə dəvət olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsindən daxil olmuş 21 iyul 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 21 iyul 2020-ci il tarixdə Xəzər RPİ PPXB-nin polis əməkdaşları Buzovna qəsəbəsi Atçılıq YYS ünvanında icazəsi olmadan yaşadığı ünvanı tərk edərək karantin rejimini kobud surətdə pozduğundan onu saxlayaraq 2-ci PŞ-nə dəvət etmişlər. Orada həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Bununla əlaqədar 07 iyun 2020-ci il tarixdə Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, 21 iyul 2020-ci il tarixdə Binə qəsəbəsi Atçılıq YYS-də ərzaq almaqdan ötrü çıxmış, polis əməkdaşları onu saxlayaraq karantin rejimində yaşayış yerini tərk etməkdən ötrü icazəsinin olub-olmamasını yoxlamaq istədikdə, o, onlara icazəsinin olduğunu demiş, lakin polis əməkdaşları onun şəxsiyyət vəsiqəsini alıb portaldan yoxladıqda icazəsinin ləğv olunduğu məlum olmuşdur. Polis əməkdaşları ilə bir qədər mübahisə etdikdən sonra onlar onu 2-ci PŞ-nə aparmış və barəsində inzibati protokol tərtib etmişlər. Əməlindən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində dörd azyaşlı qızı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 256 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarının 2.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi 20 iyul 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq YYS-də yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-cimaddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 21 iyul 2020-ci il tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-683/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-683/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver