Məhkəmə qərarları › İş №3(003)-684/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-684/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-684/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin nümayəndəsi X3, X5 nümayəndəsi Nümayəndə iştirakları ilə X5 barəsində Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında vəzifəli şəxslər tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə şəraitin yaradılmaması, qanunun tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Bununla bağlı X5 barəsində Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 tərəfindən 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X4 Bakı Regional Bölməsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verdi və göstərdi ki, onların əməkdaşları tərəfindən sözügedən obyektdə plandankənar yoxlamanın aparılması məqsədilə baxışın keçirilməsinə sahibkar fiziki şəxs X10 tərəfindən şərait yaradılmamışdır. Əlavə olaraq onu da göstərdi ki, bundan əvvəl xəbərdarlıq məktubu göndərilərək 30 gün müddət ərzində təsərrüfatın X1 qeydiyyatdan keçməklə lisenziya almasının zəruriliyi bildirilmiş, lakin təsərrüfat hazırda qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmişdir. Ona görə də sahibkar fiziki şəxs X10 barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında X5 nümayəndəsi Nümayəndə göstərdi ki, təsərrüfat 16 noyabr 2016-cı il tarixli 0171 saylı Şəhadətnamə ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhəri Baytarlıq İdarəsi tərəfindən qeydə alınmış və Azərbaycan Respublikasının “Baytarlıq haqqında qanunu”na əsasən HM № 160 №-li identikləşdirmə kodu verilmişdir. Mövcud təlimatlara uyğundur. Təsərrüfat dezinfeksiya edilir. Təsərrüfatda yüngül çatışmamazlıqlar olmuşdur. Təsərrüfat yalnız süd istehsal edir, emal müəssisəsi deyildir. Südü emal etmədən verirlər, qablaşdırma olmadan götürürlər. Ölkənin ərzaqla təmin olunmasına onlar da müvafiq töhfə verirlər. Hazırda onlar 200 manat cərimə olunmuşlar. Bu səbəbdən də yenidən yoxlama keçirilməsinə dair aidiyyəti orqanlara müraciət etmişlər, lakin təsərrüfatlarında yenidən yoxlama keçirilməsi ilə bağlı məktub göndərilməmişdir. Fəaliyyətlərinə qanun çərçivəsində baxıla bilər. Birinci dəfədir ki, təsərrüfatda yoxlama olur. Belə ki, Tofiq adlı şəxs yoxlamaya gəlmiş, yoxlama zamanı onlara vəsiqə təqdim etməmişdir. Buna görə də inzibati xəta haqqında protokolun təmin edilməməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. X4 Bakı Regional Bölməsinin nümayəndəsinin və X5 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan Azərbaycan Respublikası X4nin 25 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməməsi və ya verilmiş məlumatın yanlış olduğunun müəyyən edilməsi məqsədilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək plandankənar yoxlamanın X9 tərəfindən aparılması qərara alınmışdır. İş materiallarına olan 25 yanvar 2022-ci il tarixli aktın surətindən görünür ki, X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında olmuş, Sakit İbrahimovla telefon əlaqəsi yaradılmış və yoxlamanın keçirilməsi bildirilmişdir. Ancaq sahibkar yoxlamanın keçirilməsinə etiraz edərək şərait yaratmamışdır. İş materiallarına olan 27 yanvar 2022-ci il tarixli aktın surətindən görünür ki, X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 və Türkan qəsəbə bələdiyyəsinin nümayəndəsi X2 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında olmuşlar, lakin onlara təsərrüfata daxil olmağa icazə verilməmişdir. Səbəb kimi Sakit İbrahimovun orada olmaması bildirilmişdir. Sahibkarla telefon əlaqəsi yaradılmış və ona bir daha gəlişlərinin səbəbi deyilmiş, sahibkar isə ərizə ilə idarələrinə müraciət etdiyini, cavab gəlməyənə qədər yoxlama keçirmələrinə ixtiyarlarının olmadığını bildirərək yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X4nin 25 yanvar 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək plandankənar yoxlamanın X9 tərəfindən aparılması nəzərdə tutulmuşdur. 25 yanvar 2022-ci il tarixli akta əsasən X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında olmuş, Sakit İbrahimovla telefon əlaqəsi yaradılmış və yoxlamanın keçirilməsi bildirilmişdir. Ancaq sahibkar yoxlamanın keçirilməsinə etiraz edərək şərait yaratmamışdır. Daha sonra 27 yanvar 2022-ci il tarixli aktına əsasən X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 və Türkan qəsəbə bələdiyyəsinin nümayəndəsi X2 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus heyvandarlıq təsərrüfatında olmuşlar, lakin onlara təsərrüfata daxil olmağa icazə verilməmişdir. Səbəb kimi Sakit İbrahimovun orada olmaması bildirilmişdir. Sahibkarla telefon əlaqəsi yaradılmış və ona bir daha gəlişlərinin səbəbi deyilmiş, sahibkar isə ərizə ilə idarələrinə müraciət etdiyini, cavab gəlməyənə qədər yoxlama keçirmələrinə ixtiyarlarının olmadığını bildirərək yoxlamanın keçirilməsinə yenidən şərait yaratmamışdır. Göründüyü kimi, X10 özünə məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu ünvanında yerləşən heyvandarlıq təsərrüfatında vəzifəli şəxslər tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə şərait yaratmamış, qanunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X10 istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamış, yaxud həmin şəxslərin qanuni tələblərini yerinə yetirilməmişdir və bununla da Azərbaycan Respublikasının İXMnin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq X5 Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə X5 ilk dəfə inzibati xəta törətməsini və qeyd edilən yoxlamaların keçirilməsinin aradan qaldırıması halının olmasını nəzərə alaraq onun Azərbaycan Respublikası CM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 116-cı maddəsini tətbiq etməklə ona təyin olunmuş cərimə növündə tənbeh tədbirinin hüquqpozmanı aradan qaldırması üçün müddət müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X10 Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən X6 təyin edilmiş 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri şərti hesab edilməklə ona hüquqpozmanının aradan qaldırması üçün 01 (bir) ay müddət müəyyən edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar