Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-686/2020 24.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmayan Şəxs, Xəzər rayon prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlunun, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru x1 iştirakları ilə xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 1 qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yaşayan Şəxs barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndəAzərbaycan Respublikasının İXM-nin) 211.1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində keçirilən yürüşlərdə icazəsi olmayaraq iştirak edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozmuşdur. Belə ki, Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində keçirilən yürüşlərdə icazəsi olmayaraq iştirak edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozduğundan onu saxlayaraq 1-ci PŞ-nə dəvət etmişlər. Orada həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Bununla əlaqədar xx xxxx 2020-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru x2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru x2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə sosial şəbəkədə saat 04:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yürüş keçiriləcəyini görmüş və icazəsi olmayaraq yürüşdə iştirak edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozmuşdur. Bununla əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə o, Xəzər RPİ 1-ci PŞ-nə dəvət olunmuş və barəsində inzibati protokol tərtib edilmişdir. Əməlindən peşmandır, yetkinlik yaşına çatmadığının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmadığının və törətdiyi əməli etiraf etməsini nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmadığının və törətdiyi əməli etiraf etməsini nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 256 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarının 2.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 1 qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-cimaddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-686/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-686/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver