Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-686/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Xəzri Ramilə Həşim qızının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 14 mart 2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 14 mart 2025ci il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar şikayətiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarda hadisənin törədildiyi yer olaraq Şabran kəndi Mollakamallı kəndi göstərilmişdir. İş materiallarından hadisənin törədildiyi yerin Xəzər rayon Məhkəməsinin yurisdiksiyası ərazisində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına inzibati tənbeh vermə barədə qərardan şikayət vermiş şəxs tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə aidiyyəti məhkəmədə baxılmasına dair vəsatət əlavə edilsə də, onun Bakı şəhəri Xəzər rayonu ərazisində yaşamasını təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 14 mart 2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalı və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin bu Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində şəxsin “yaşayış yeri” və “olduğu yer” anlayılşları fərqləndirilmişdir. Həmin maddəyə görə “yaşayış yeri” dedikdə "tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür”. “Şəxsin olduğu yer” dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Lakin “şəxsin yaşayış yeri” və “şəxsin olduğu yer” anlayışları təfsir edilərkən onları bilavasitə təsbit edən müddəalarla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədləri nəzərə alınmalıdır. Belə ki, sözügedən Qanunun 1-ci maddəsinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır”.Bu normadan və yuxarıda istinad olunmuş Qanunun 3-cü maddəsinin 1-ci bəndindən göründüyü kimi, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və mehz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir). Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə”dir. Odur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir. Müvafiq olaraq da şəxsin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi göstərilməyən yerlər, hətta onun özünə məxsus yaşayış binası, mənzil belə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində bəyan edilmiş məqsədlər (o cümlədən məhkəmə icraatlarının həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə şəxs arasında kommunikasiyanın qurulması) baxımından onun yaşayış yeri hesab edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsində göstərilən (yuxarıda təsvir edilmiş) digər müddəaya, habelə həmin Qanunun 10-cu maddəsinə görə şəxsin müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər ictimai yerlər, qohumunun, tanışının, özünün yaşayış binası (şəxsin həmin yerlərdə olması yaşayış yeri üzrə qeydiyyatın aparılmasını və yeni şəxsiyyət vəsiqəsinin verilməsini deyil, yaşayış yeri üzrə qeydiyyat ləğv edilmədən şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını tələb edən hal olduğu üçün) "şəxsin yaşayış yeri” sayılmır və “şəxsin olduğu yer” anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 14 mart 2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılması nəzərdə tutulmuşdur. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 14 mart 2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Xəzri Ramilə
Məhkəmə qərarları › İş №3(003)-686/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-686/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver