Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-687/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Ağacan Ağacan qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ 27085050 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X8 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 27085050 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ-nın MMX-nın rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nın 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan görünür ki, guya xx.xx.2025-ci il tarixdə saat 10:38-də idarə etdiyi **-FK-*** dövlət qeydiyyat nişanlı “Man TGX” markalı yük maşını ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə, oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə dair inzibati xəta törətmişdir. Xəta “Kistler” markalı, 9835A modelli hərəkət halında çəki ölçmə nəzarəti sistemi ilə qeydə alınmışdır. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, yükü götürdüyü yerin tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-FK-*** dövlət qeydiyyat nişanlı “Man TGX” markalı yük maşının brutto çəkisi 40660 kg olmuşdur. Bundan başqa şikayətinə “X4” MMC-nin kalibrləmə sertifaktını da əlavə etmişdir. Həmin sertifaktan görünür ki, elektron avtomobil tərəzisinə xx.xx.2025-ci il tarixdən 1 illik sertifikat verilmişdir. Belə olan halda hesab edir ki, “Kistler” markalı, 9835A modelli hərəkət halında çəki ölçmə nəzarəti sistemi çəkini düzgün ölçməmişdir. Həmin xüsusi texniki vasitənin müvafiq sertifikatı və metroloji sınaqdan keçmiş ölçü cihazı olub-olmadığı araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək, izahatında göstərdi ki, avtomobilin artıq çəki yığmamış və çəkisi normadan artıq olmamışdır. Dövlət tərəfindən verilmiş sertifikat əsasında çəki normadan artıq müəyyən edilmir. Yük yığıb şirkətə gətirmişdir. Hazırda qərarı qanunsuz hesab etməklə, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27085050 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, M-1 129 km, Şabran rayonu Mollakamallı kəndi, Bakı istiqaməti xx.xx.2025-ci il tarixində, saat 10:38:45-də MAN TGX 18.440 4X2 BLS YÜK markalı, 77FK054 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -“X4” MMC tərəfindən verilmiş 0965/25 nömrəli kalibrləmə sertifikatından görünür ki, ölçmə vasitəsinin sahibi "xxxx" MMC olan, sifariş nömrəsi 2006, ölçmə vasitəsi elektron avtomobil tərəzisi olan, istehsalçısı N/A, tipi WEBOWT İD226 olan kalibrasiya laborotoriyası olaraq fəaliyət göstərən “X4” MMC tərəfindən ölmə nəticələri barədə sertifikat verilmişdir. -Baş X8i İdarəsi tərəfindən verilmiş CC:33-31:08:0E:8C nömrəli kamera görüntülərindən əks olunmuş foto şəkillərin surətindən görünür ki, 77FK054 dövlət qeydiyyat nişanlı avtomobil M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti üzrə xx.xx.2025-ci il tarxidə, saat 10:38:45 radələrində hərəkətdə olan zaman çəkisi 42840 kg olmuşdur. -xx.xx.2025-ci il tarixli, 38262 nömrəli tərəzi qəbzlərindən (giriş:xx.xx.2025-ci il, 9:31:52, çıxış:xx.xx.2025-ci il, 9:32:31) görünür ki, 77FK054 dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 40660 kg olmuşdur. -xx.xx.2025-ci il tarixli, 116201 nömrəli tərəzi çekindən (giriş:xx.xx.2025-ci il, 21:27:56, çıxış:xx.xx.2025-ci il, 23:13:42) görünür ki, 77FK054 dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 39620 kg olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X5 xx.xx.2025-ci il tarixli (giriş:xx.xx.2025-ci il, 9:31:52, çıxış:xx.xx.2025-ci il, 9:32:31) 77FK054 dövlət qeydiyyat nişanlı avtomobilin çəkisini yoxlatmış və brutto çəkisi 40660 kg olmuş, xx.xx.2025-ci il tarixli, 116201 nömrəli tərəzidə isə 77FK054 dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 39620 kg olmuşdur. Baş X8i İdarəsi tərəfindən verilmiş CC:33-31:08:0E:8C nömrəli kameradan isə 77FK054 dövlət qeydiyyat nişanlı avtomobilin M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti üzrə xx.xx.2025-ci il tarxidə, saat 10:38:45 radələrində hərəkətdə olan zaman çəkisi 42840 kg olması müəyyən edilmişdir. Baş X8 İdarəsi tərəfindən İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 27085050 saylı elektron qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, X2 məhkəməyə təqdim etdiyi qəbzlər (tərəzi çeki) əsasında müəyyən edilmiş çəki ilə Baş X8i İdarəsi tərəfindən verilmiş CC:33-31:08:0E:8C nömrəli kamerasının müəyyən etdiyi çəki arasında uyğunsuzluq mövcuddur. Lakin şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X3 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sözügedən uyğunsuzluqların yenidən araşdırılması zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X8 İdarəsi tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 27085050 saylı elektron qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş barədə xx.xx.2025-ci il tarixli, EQ 27085050 inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-687/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-687/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver