Məhkəmə qərarları › İş №3(003)-688/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-688/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-688/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx xxxx 2020-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən xüsusi karantin rejiminin pozulmasına görə 200 manat cərimə edilmişdir. Qərarın xx.xx.2020-ci il tarixdən qüvvəyə minməsi barədə onun mobil telefon nömrəsinə www.asanpay.az-dan SMS mesaj gəlmişdir. Şikayətçi qeyd edir ki, ünvan 1 ünvanda qeydiyyatda olsa da mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küsəsi, ev 61. mənzil 55 ünvanda yerləşən mənzilinə xx.xx.2020-ci il tarixdə 8103-ə sms göndərərək icazə almaqla getmiş və özünü narahat hiss etdiyi üçün gecəni orada qalmışdır. Növbəti gün yəni xx.xx.2020-ci il tarixdə günorta təngənəfəslik və sürətli ürək döyüntüsü onu ciddi narahat etdiyi üçün təcili aptekə düşərək dərman almaq istəyərkən polis əməkdaşı onu saxlayaraq icazəsini təqdim etməyi xahiş etmişdir. Şikayətçi isə təxminən 150 metr məsafadə yerləşən yaşadığı binanı göstərərək orada qaldığını və tələsik dərman almaq üçün yaşayış yerini tərk etdiyini ona bildirmiş, təxirəsalınmaz hal hesab etdiyi üçün 8103-ə sms göndərmədiyini izah etmişdir. Buna baxmayaraq şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanın ünvan 3 olmasını əsas gətirərək polis əməkdaşı yerindəcə onun barəsində inzibati protokol tərtib etmişdir.O, daha çox narahat olduğundan və əsəb keçirdiyindən mənzilinə qayıtmiş, bir qədər istirahət edib saat təqribən 14:50 radələrində yenidən aptekə düşüb "Korvalol" adlı dərman almışdır. Az sonra əlavə olaraq sinəsində və kürəyində ağrılar yarandığı üçün xx.xx.2020-ci il tarixdə ürəyindən şikayətlə Mediland Hospitalına da müraciət etməli olmuşdur. Şikayətçi son zərurət vəziyyətində hərəkət etdiyini xüsusilə qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə şikayətçi X1 və Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 13:07 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən o, 200 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayət ərizəsində qeyd etmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küsəsi, ev 61. mənzil 55 ünvanda yerləşən mənzilinə xx.xx.2020-ci il tarixdə 8103-ə sms göndərərək icazə almaqla getmiş və özünü narahat hiss etdiyi üçün gecəni orada qalmışdır. Növbəti gün yəni xx.xx.2020-ci il tarixdə günorta təngənəfəslik və sürətli ürək döyüntüsü onu ciddi narahat etdiyi üçün təcili aptekə düşərək dərman almaq istəyərkən polis əməkdaşı onu saxlayaraq icazəsini təqdim etməyi xahiş etmişdir. Şikayətçi isə təxminən 150 metr məsafadə yerləşən yaşadığı binanı göstərərək orada qaldığını və tələsik dərman almaq üçün yaşayış yerini tərk etdiyini ona bildirmiş, təxirəsalınmaz hal hesab etdiyi üçün 8103-ə sms göndərmədiyini izah etmişdir. Buna baxmayaraq şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanın ünvan 3 olmasını əsas gətirərək polis əməkdaşı yerindəcə onun barəsində inzibati protokol tərtib etmişdir.O, daha çox narahat olduğundan və əsəb keçirdiyindən mənzilinə qayıtmiş, bir qədər istirahət edib saat təqribən 14:50 radələrində yenidən aptekə düşüb "Korvalol" adlı dərman almışdır. Az sonra əlavə olaraq sinəsində və kürəyində ağrılar yarandığı üçün xx.xx.2020-ci il tarixdə ürəyindən şikayətlə Mediland Hospitalına da müraciət etməli olmuşdur. Şikayətçi son zərurət vəziyyətində hərəkət etdiyini xüsusilə qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə olan müvafiq qərarlarına əsasən sərt karantin rejimi zamanı tətbiq edilən sms icazə qaydalarına uyğun olaraq şəxs 8103 nömrəsinə icazə alınması üçün sms məlumat göndərməli, icazənin verilməsinə dair sms məlumat gəldikdən sonra yaşayış yerini tərk edə bilərdi. Həmçinin həmin qərarda təxirəsalınmaz və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün də ayrıca olaraq 8103 nömrəsinə sms məlumat göndərilməsi nəzərdə tutulmuşdur. Lakin göründüyü kimi şikayətçi bu qaydaların heç birinə əmələ etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi inzibati xətanı törətdiyi tarixdə yəni xx.xx.2020ci il tarixində xəstəliyi ilə əlaqədar son zərurət vəziyyətində hərəkət etdiyini qeyd etsə də, həmin tarixdə deyil yalnız 4 gün sonra xx.xx.2020-ci il tarixdə müalicə almaq məqsədi ilə xəstəxanaya müraciət etmişdir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə iclasında şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölmənin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar