Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-69/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1987-ci ildə Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, gömrükdə broker vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan haqqında Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 02 dekabr 2021-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 02 dekabr 2021-ci il tarixdə, saat 04:49da «Hyundai Elantra» minik markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 02 dekabr 2021-ci il tarixdə, saat 04:40 radələrində «Hyundai Elantra» minik markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Hava limanına yaxın körpünün üstündə YPX əməkdaşı onu saxlamışdır. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və onun sərxoş olduğu müəyyən olunmuşdur. O, bir gün əvvəl saat 17-18 radələrində pivə içsə də, saxlanılan zaman sərxoş olmamışdır. Ona görə də, alkotesterlə razı olmadığını bildirmişdir. YPX-nın əməkdaşı protokolda alkotesterin göstəricisi ilə tanış olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini və tibbi müayinəyə getməyə ehtiyac olmadığını yazacağı təqdirdə ona kömək edəcəyini demişdir. O, da YPX-nın əməkdaşının dediyi kimi protokola yazmışdır. Sonra YPX-nın əməkdaşı ondan 400 manat pul istəmişdir və o, pulu vermədiyindən avtomobili cərimə meydançasına aparmışlar. Sonra özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 yanvar 2022ci il tarixə təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/35322 nömrəli, 02 dekabr 2021-ci il tarixli akta əsasən ayıq olduğunu bildirsə də, 02 dekabr 2021-ci il tarixli Alkotester məlumatından görünür ki, sərxoşluq dərəcəsi saat 04:39-da - 0,418 promil olmuşdur. Eyni zamanda Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 21 yanvar 2022-ci il tarixli, xx/xx-1079 nömrəli məktubundan görünür ki, Şəxs 02 dekabr 2021-ci il tarixdə, saat 04:49 radələrində DYPİ-nin əməkdaşı tərəfindən alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 0,418 % göstəricinin olması, həmin tarixdə saat 09:00 radələrində Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdə müayinə zamanı sərxoşluq dərəcəsinin 0,00 promil olması normal haldır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs özünü təqsirli bilməyərək YPX-nın əməkdaşının göstərişi ilə protokolda alkotesterin göstəricisi ilə tanış olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini və tibbi müayinəyə getməyə ehtiyac olmadığını yazacağı təqdirdə ona kömək edəcəyini deməsini əsas gətirməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə olunan 02 dekabr 2021-ci il tarixli Alkotester məlumatından görünür ki, Şəxs sərxoşluq dərəcəsi saat 04:39-da - 0,418 promildir. İş materiallarına əlavə olunan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/35322 nömrəli, 02 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs saat 09:00-da müayinə üçün müraciət etmiş və həkim rəyinə əsasən ayıqdır. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 21 yanvar 2022-ci il tarixli, xx/xx-1079 nömrəli məktubundan görünür ki, Şəxs 02 dekabr 2021-ci il tarixdə, saat 04:49 radələrində DYPİ-nin əməkdaşı tərəfindən alkotesterlə aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 0,418 % göstəricinin olması, həmin tarixdə saat 09:00 radələrində Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsdə müayinə zamanı sərxoşluq dərəcəsinin 0,00 promil olması normal haldır. Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,20-0,40 promil təmizlənir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, daimi iş yeri olmaqla gəliri olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-69/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-69/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver