Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-691/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bəyaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, heç bir yerdə işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 06 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vaziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu bir müddət ödənişlər etmiş olsa da, sonradan heç bir ödəniş etməmişdir və buna görə də o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Şəxs sonradan İcra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və bu gün saat 11:00-da polis əməkdaşlarının vasitəsilə şöbəyə gətirilmişdir. Hazırda Şəxs bu günə olan borcu 5500 manat təşkil edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, imkanı olduqca hər dəfə ödəniş etmişdir. Hazırda heç bir yerdə işləmir. Vərəm xəstəsi olduğuna görə müalicəsinə xeyli vəsait tələb olunur və bu səbəbdən alimenti ödəyə bilməmişdir. Ona məxsus olan torpaq sahəsini 7000 manata satmış və pulu müalicəsinə xərcləmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə, hər ay aliment borcundan 200 manat ödəniş edə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs 2930 manat məbləğində olan aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, R.Şəxs aliment borcu 5500 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, R.Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə R.Şəxs il ərzində təkrar eyni xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Məhkəmə R.Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan tam icra etməməsini, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da polis əməkdaşları vasitəsilə icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, R.Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 06 may 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-691/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-691/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver