Məhkəmə qərarları › İş №3(003)-692/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-692/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-692/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 06 may 2022-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6975/2020 saylı, 24.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 27000 manat məbləğində borc və 27 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Hazırda onun icra vərəqəsi üzrə borcu 26277 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək icra sənədi üzrə müəyyən olunmuş borcdan 750 manata yaxın hissəsini icra şöbəsinin depozit hesabına ödədiyini, himyaəsində iki yetkinlik yaşına çatmayan qız övladının olmasını, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6975/2020 saylı, 24.09.2020-ci il tarixli qətnaməsindən verilmiş kasassiya şikayətinin təmin edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2437/2021 saylı, 24 may 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və digər normativ hüquqi aktlara uyğunluğunun yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə şikayət etdiyini lakin həmin şikayətin Konstitusiyası Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə məlumatının olmadığını qeyd edərək inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6975/2020 saylı, 24.09.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 27000 manat məbləğində borc və 27 manat dövlət rüsumu tutularaq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş 01.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən 05.07.2021-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. İş materialında əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. İş materiallarına əlavə edilmiş 22.01.2022-ci il tarixli, 03.02.2022-ci il tarixli, 03.02.2022-ci il tarixli, 20.04.2022-ci il tarixli və 05.05.2022-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu ümumilikdə 750 manat məbləğində pul vəsaitini icra şöbəsinin depozit hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində 06 avqust 2009-cu il təvəllüdlü X4 və 15 aprel 2011-ci il təvəllüdlü X5 adında övladları vardır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru E.Fərzəliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, məhkəmə şəxsin əməlini səmimi olaraq etiraf etməsini, icra sənədi üzrə borcunu ödəmək niyyətində olmasını, həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq belə qənaətə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edildikdən sonrakı dövr ərzində tələbkarın xeyrinə 750 manat məbləğində ödənişlər etməklə, icra sənədinin icrası ilə bağlı müəyyən hərəkətlər etmişdir. Məhkəmə qeyd edilən halı şəxsin onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirindən düzgün nəticə çaxarması kimi qiymətləndirir. Məhkəmə həmçinin şəxsin bir dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat (minimum həddə) tənbeh edilməsini nəzərə alaraq onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə edilməməsini məqəsədmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar