Məhkəmə qərarları › İş №3(003)-694/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-694/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-694/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 may 2022-ci il tarixli protokola əsasən Şəxs 25 mart 2022-ci il tarixdə X1 məxsus Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən bağ evindən antenanı oğurlayaraq sonuncuya 25 manat məbləğində zərər vurmuşdur. Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 09 aprel 2022-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 may 2022-ci il tarixli protokola əsasən Şəxs 04 may 2022-ci ildə günorta saatlarında qardaşı X2 yaşadığı evin həyətindən 3 top kabel oğurlayaraq sonuncuya 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 06 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs olunmuşdur. Pula ehtiyacı olduğuna görə Şüvəlan qəsəbəsi Mayak bağlarında yerləşən evdən antena oğurlamış və 20 manata tanımadığı şəxsə satmışdır. X3 yaşadığı həyətdən Şahinə məxsus 3 top deyil, 1 top kabel oğurlamış və 25 manata satmışdır. Heç bir yerdə işləmədiyinə görə zərər çəkmiş şəxslərə ziyanı ödəyə bilməmişdir. O, bu gün saat 10:00 radələrində polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 20 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək olan müddətdə X1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin divarına bərkidilmiş 25 manat dəyərində olan antenanı oğurlamışdır. Bundan başqa o, 04 may 2022-ci il tarixdə X3 yaşadığı həyətdən Şahinə məxsus 3 top kabel oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, 20 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək olan müddətdə X1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin divarına bərkidilmiş 25 manat dəyərində olan antena oğurlanmışdır. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 04 may 2022-ci il tarixdə günorta saatlarında qardaşı Əliyev Şahinə məxsus 3 top kabeli oğurlayaraq 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilımişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs il ərzində təkrar eyni xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi əməlləri, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da polis şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 45 (qırx beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 06 may 2022-ci il saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim ƏkrəmQəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar