Məhkəmə qərarları › İş №3(003)-696/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-696/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-696/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, X2katibliyi, X1 iştirakı ilə 20iyun 1989-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 04 aylıq və 1 yaş 6 aylıq iki az yaşlı uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Şuşa şəhəri, Füzuli küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Gənc Kosmonavt” düşərgəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 may 2022-ci il tarixli protokola əsasən Şəxs 08 may 2022-ci il tarixdəsaat 22:30 radələrində Şüvəlan qəsəbəsində ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etməklə ictimai asayişi pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı0595496 nömrəli, 08may 2022-ci il tarixli protokola əsasən Şəxs 08 may 2022-ci il tarixdəŞüvəlan qəsəbəsində xırda xuliqanlıq törətdikdən sonra polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Şüvəlan qəsəbəsində telefonla danışan zaman nalayiq ifadələr işlətmişdir. Ona yaxınlşan polis əməkdaşları nizam-intizama dəvət etmələrinə baxmayaraq o, əsəbi olduğundan tabe olmamış və əməlini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu idarəyə getməyə dəvət etsələr də o, aqressiv cavab verərək idarəyə getməkdən imtina etmişdir. Sonradan onu polis idarəsinə aparmışlar və xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində ondan iltizam alınaraq evə buraxmışlar. Bu gün saat 14:30-da o, polis idarəsinə getmişdir.Əməlindən səmimi peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X7 göstərdi ki, Şəxs əməlini etiraf edərək peşman olduğunu bildirdi. Himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq barəsindəyüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Şüvəlan qəsəbəsində Roman İsmayılov və İlqar Allahverdiyevlə xidmətdə olarkən bir nəfər şəxs telefonla danışaraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi idarəyə dəvət etmişlər, lakin o, aqressiv formada bundan imtina etmişdir. Hadisə zamanıorada çoxlu kənar şəxslər də var idi. Məhkəmə iclasında şahid X3 şahid X5 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 08 may 2022-ci il tarixdəsaat 22:30 radələrində Şüvəlan qəsəbəsində ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Oraya gələn polis əməkdaşları onu bir neçə dəfə nizam-intizama dəvət etmələrinə baxmayaraq öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş BMCMİ-nin KQQMİ-nin əməliyyat müvəkkilləri Ayaz Hüseynov, Roman İsmayılov vəİlqar Allahverdiyevin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Şüvəlan qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxs telefonla danışaraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi idarəyə dəvət etsələr də o, aqressiv formada bundan imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:55-də tutulmuşdur. İş materiallarına əlavə olunmuş iltizamdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə buraxılmışdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, peşman olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq o, bu hərəkətləri davam etdirlməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görəşəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün həbsdə olmuş və xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində polis idarəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan 10 (on) gün müddətinə inzibati həbs olunsun. Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün həbsdə olması nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxarılmaqla onun üzərində qəti olaraq 09 (doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati qaydada tutmanın əvvəli 10may 2022-ci il saat 14:30-dan hesab edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim ƏkrəmQəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar