Məhkəmə qərarları › İş №3(003)-699/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-699/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-699/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Şəxs Zərərçəkmiş şəxs yumruqla sifət, təpiklə isə qarın nahiyyəsinə vuraraq döymüş və ona bədən xəsarətləri yetirmişdir. Hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdraəsinə müraciət etmiş, Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Tural Aslanovun 26 fevral 2022-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ 1-ci Polis Şöbəsinə həvalə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək, Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, təxminən 5 ay müddət olar ki, "xxxx" QSC-də çilingər vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində mən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evlərin birinin qaz sayğacını açıb təmir etmək üçün həmin ərazidə olarkən, həmin evin qapısını döymüş lakin açan olmamışdır. Sonradan evdəki dəmir borunu döymüş, lakin qapını yenə açan olmamışdır. Bundan sonra sızmanı aradan qaldırmaq üçün sayğacı açmış və bu zaman həmin evin sahibi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onun evinə məxsus olan qaz sayğacını niyə açdığını soruşmuşdur. Şəxs isə cavabında zərərçəkmiş şəxsin evinin qaz sayğacında sızma olduğu üçün həmin evin qaz sayğacını təmir etməli olduğunu ona bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs “Azəriqaz” İB-in “104” qaynar xəttinə müraciət edərək, ondan şikayət etmişdir. Şəxs isə sayğacda olan problemi aradan qaldırıb sayğacı yerinə bağlamağa başlamışdır. O, sayğacı yerinə bağlayana zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etməyə başlamışdır. Dəfələrlə bu hal təkrar olunsa da, Şəxs ona fikir verməmiş ona uzaqlaşmasını bildirmişdir. Lakin o, uzaqlaşmaq əvəzinə təhqirləri davam etdirmişdir. Şəxs isə bu təhqirlərə dözməyərək əsəbindən onu sinə nahiyəsindən itələmişdir. Bu zaman isə Zərərçəkmiş şəxs tanımadığı qonşusu və "xxxx" QSC-nin işçisi onları aralamış və bundan sonra o, hadisə yerindən uzaqlaşmışdır. Şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolla razı olmadığını qeyd edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində izahatı alınmış Şahid qeyd etmişdir ki, o, "xxxx" QSC-də Şəxs birlikdə işləyir. Qaz sızmaları ilə əlaqədar təhkim olunduqları ərazilərə baxış keçirirlər. Həmin gün Şəxs ilə sıra ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki evlərə qaz sızmaları ilə əlaqədar həmin ərazidəki bütün sayğaclara baxış keçirirmişlər. Həmin evlərə sıra ilə baxış keçirdiklər üçün Şəxs ondan qabaq hadisənin olduğu yerdə təmir işi ilə əlaqədar abonentin sayğacını açmışdır. Şahid həmin evin yanından keçərkən abonent ilə Şəxs mübahisə etdiyini görmüşdür. Abonent onun sayğacının niyə açılmasını soruşmuş, Şəxs isə abonentə sayğacın açılması səbəblərini izah etmişdir. Abonent aqressiv olmuşdur. Nalayiq ifadələrlə Şəxs təhqir etmişdir. Şahid da öz növbəsində Şəxs həmin ərazidən uzaqlaşdırmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ 1-ci Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 07 fevral 2022-ci il tarixli, 121 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol üst göz qapağının, sol almacıq nahiyəsinin, bel nahiyyəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. Həmçinin hadisə haqqında məlumatlara, şəxsin bədənində aşkar olunmuş xəsarətlərin xarakterləri və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş 27 aprel 2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat şəxsin yerinin müəyyən edilmədiyi üçün dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclasında və cinayət işinin başlanmasının rədd olunması materiallarından göründüyü kimi, 03 fevral 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyərək ona bədən xəsarətləri yetirmişdir. Hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdraəsinə müraciət etmiş, Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin təhqiqatçısı T.Aslanovun 26 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ 1-ci Polis Şöbəsinə həvalə edilmiş və araşdırmanın nəticəsi olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşıdırılan sübutlara qiymət verərkən bildirir ki, inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən inzibati xətanı törətmək niyyətində olmadığını, özünün təhqir edilməsindən sonra zərərçəkmiş şəxsi sinəsindən itələdiyini bildirmişdir və bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsini qismən etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da öz növbəsində tərəflər arasıda mübahisə yarandığını gördüyünü qeyd etmiş, lakin Şəxs zərərçəkmiş şəxsi döyməsinin şahidi olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən tərtib edilmiş 121 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol üst göz qapağının, sol almacıq nahiyəsinin, bel nahiyyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci -ci il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Həmçinin hadisə haqqında məlumatlara, şəxsin bədənində aşkar olunmuş xəsarətlərin xarakterləri və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Yuxarıda qeyd edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar