Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-700/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 may 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində saxlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən 01 ədəd bükümdə 0,105 qram olan narkotik vasitə heroin aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı İlqar İsmayılov tərəfindən 04 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 aydır ki, həftədə 2 dəfə olmaqla narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata heroin almışdır. Saat 11:00 radələrində Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində polis əməkdaşları tərəfindən saxlanılarkən həmin narkotik vasitə üzərindən aşkar edilmişdir. O, bu gün saat 15:30-da Xəzər RPİ-nin 2-ci PŞ-nə gəlmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2053 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs: ... Şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,105 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 1824 nömrəli 15 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə olunan Şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, heç yerdə işləməməsini, təxminən 5-6 aydır ki, həftədə 2 dəfə olmaqla narkotik vasitə olan heroindən istifadə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da Xəzər rayon 2-ci PŞ-nə gəlmişdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 may 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyat alınsın. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-700/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-700/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver