Məhkəmə qərarları › İş №3(003)-701/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-701/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-701/2020 28.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Xəzər rayon prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə rəisi, polis mayoru x1 iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Qubadlı rayonunun Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qubadlı rayonunun Dəmirçilər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 211.1-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində keçirilən yürüşlərdə icazəsi olmadan iştirak edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozmuşdur. Belə ki, Xəzər RPİ 1-ci Polis Şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Səbail rayonu ərazisində keçirilən yürüşlərdə icazəsi olmayaraq iştirak edərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozduğundan, xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmiş və bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Bununla əlaqədarxx xxxx 2020-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru x2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru x2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Nərimanov rayonu ərazisində yürüş keçirildiyini görmüş o da öz növbəsində həmin yürüş iştirakçılarına qoşularaq Şəhidlər Xiyabanını ziyarət etmişlər. Daha sonra xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Milli Məclisə doğru hərəkət etmişlər. Orada olarkən hakimiyyət nümayəndəsinin onları qarşıladığını zənn edib o da Milli Məclisin binasına təxminən 5 metr daxil olmuş, lakin heç bir nümayəndə görmədiyi üçün oradan çıxmışdır. Bakı şəhəri ərazisində keçirilmiş yürüşdə heç bir icazəsi olmadan iştirak etdiyindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozmuşdur. Əməlindən peşmandır və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər rayon prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarının 2.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tutma haqqında AZA 001424 nömrəli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdə saat 21:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 1987-ci il tarixdə Qubadlı rayonunun Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qubadlı rayonunun Dəmirçilər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-cimaddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdə saat 21:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar