Məhkəmə qərarları › İş №3(003)-701/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-701/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-701/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə X1 Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli 03 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin 2-ci Polis şöbəsi tərəfindən qəbul edilən 03 mart 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" market MMC-nin «Buzovna 11» filialında mağaza administratoru vəzifəsində işləyir. 03 mart 2022-ci il tarixdə xidməti otağında olarkən sahə inspektoru X2 mağazaya daxil olaraq onun xidməti otağına girmişdir. Sahə inspektoru ona otaqdan çıxmağı bildirmiş və o, tibbi maskanı geyinib mağazaya çıxmışdır. Ondan vaksin yoxlanması üçün şəxsiyyət vəsiqəsini istəmiş, o, da öz növbəsində şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sahə inspektoru şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edərək çıxıb getmişdir. Bundan 1 saat sonra ona 200 manat cərimə olunmağı ilə bağlı sms gəlmişdir. Bununla bağlı Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə müraciət etmiş və ona tibbi maskadan istifadə etmədiyinə görə cərimə olunduğu bildirilmişdir. Həmin qərarın rəsmi olaraq ona təqdim olunmasını tələb etsə də, bu günədək təqdim olunmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Karantin qaydalarına əməl olunaraq tibbi maskadan istifadə olunmasına dair keçirilmiş tədbir zamanı 03 mart 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən "xxxx" marketə daxil olmuşdur. Həmin vaxt mağazada heç kim olmamışdır. ona görə anbara daxil olmuş və orada bir nəfər qadın və şikayətçi tibbi maskasız olmuşlar. Sonra şikayətçi tez mətbəxə keçərək bildirmişdir ki, “kofe içə bilməz?”. Ona görə onu satış olan yerə çağırmış və o, həmin yerə ağzında tibbi maska olamadan, tibbi maska əlində gəlmişdir. Ona görə də, onun barəsində EXP seriyalı ******* nömrəli, 03 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında 03 mart 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Həmin vaxt yanında post patrul xidmətinin əməkdaşları olsa da, kimlər olmasını xatırlamır. Məhkəmə şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli, 03 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 03 mart 2022-ci il tarixdə, səhər (saat 6-12) Buzovna qəsəbəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 03 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materiallarında olan məlumatdan görünür ki, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli 09 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmədə müəyyən olundu ki, karantin dövründə X4 tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozduğuna görə inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyindən Xəzər RPİ-nin 2ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən barəsində EXP seriyalı ******* nömrəli, 03 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 2-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 03 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X4 EPQ seriyalı ******* nömrəli 03 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almadığından qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən qəbul edilmiş EXP seriyalı ******* nömrəli 03 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar