Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-702/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/1-O-1415xx/xx/2023 nömrəli “inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” qərarın qismən ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müaciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/1-O-1415xx/xx/2023 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” qərarın 2ci bəndi, “Vət.X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsində nəzərdə tutulmuş inziabti xətanın törədilməsinə görə 20, İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inziabti xətanın törədilməsinə görə 200, İXM-nin 469.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə hər bir xəta üzrə 50 manat məbləğində cərimə növündə tənbeh tətbir edilsin” hissədə ləğv edilərək, həmin hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılması nəzərdə tutulmuşdur. Hazırda isə şikayət vermiş şəxs şikayətinə, yaşadığı yer üzrə baxılmasına dair vəsatət əlavə etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətə, şikayətçinin yaşadığı yer üzrə baxılmasına dair vəsatəti əlavə edilmədiyindən, şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması mümkün deyil və şikayət geri qaytarılmalı, X2 göstərilən nöqsanı aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/1-O-1415xx/xx/2023 nömrəli “inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” qərarın qismən ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X2 şikayətin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-702/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-702/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver