Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-703/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs 08 avqust 1976-cı il tarixdə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücü işləyən, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 10 may 2022-ci il tarixli protokola əsasən Şəxs 25 aprel 2022-ci il tarixdə, saat 13:30-da idarə etdiyi «Dong Feng A 30» minik markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 04 may 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 25 aprel 2022-ci il tarixdə, saat 13:30 radələrində «Dong Feng A 30» minik markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobil ilə Binə qəsəbəsi, «Bakavtomat» adlanan ərazidə yerləşən «Balıqlı göl» istirahət mərkəzindən Bakavtomat yoluna yeni inşa edilmiş asfalt yol ilə 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Təxminən 50 metr məsafədən qarşıda yerləşən döngədən tünd boz rəngli avtomobilin dönərək onun hərəkətdə olduğu zolaqda hərəkət etdiyini görüb dərhal avtomobili sol, yəni əks istiqamətə sürmüşdür. Bu zaman həmin avtomobil öz yoluna keçmiş və nəticədə həmin avtomobillə toqquşmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxslə mütəmadi olaraq zəngləşir. Sığorta şirkəti zərərçəkmiş şəxsin avtomobilini tmir üçün ustaya vermişdir. Törətdiyi əməldən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və xəstə anasını mütəmadi olaraq həkimə apardığını bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsində xidmət edir. 25 aprel 2022-ci il tarixdə, saat 14650-də Sabunçu Tibbi mərkəzindən tibb bacısı Musayeva Xəzər RPİ-nə zəng edərək binə qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 xəsarət alması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı “Lada 217230” markalı, B 0** MX *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 və «Dong Feng A 30» minik markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs izahatı alınmışdır. Təhqiqat araşdırması zamanı tərəfindən hadisə yerinə və avtomobillərə hal şahidlərinin, sürücülərin iştirakı ilə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilərək, fotoşəkillər çəkilmiş, yol-nəqliyyat hadisəsi üzrə sxem tərtib edilmiş və materiala əlavə olunmuşdur. Araşdırma nəticəsində Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından 04 may 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul etmiş və Şəxs barəsində inzibati təsir tədbiri görülməsi üçün toplanmış materialı Xəzər Dövlət yol polisi şöbəsinə göndərmişdir. Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxs X3 şikayəti yoxdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru vəzifəsində xidmət edir. Xəzər rayon Polis idarəsinin Təhqiqat şöbəsindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati təsir tədbiri görülməsi üçün toplanmış material Xəzər Dövlət yol polisi şöbəsinə daxil olmuşdur. Həmin materiala əsasən Şəxs 25 aprel 2022-ci il tarixdə, saat 13:30-da idarə etdiyi «Dong Feng A 30» minik markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 10 may 2022-ci il tarixli protokol tərtib edərək toplanmış material Xəzər rayon Polis idarəsi vasitəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İ.H.Bəkirovun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 27 aprel 2022-ci il tarixli, 442 nömrəli rəyindən görünür ki, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 25 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 27 aprel 2022-ci il tarixli, 439 nömrəli rəyindən görünür ki, Şəxs bədəni səthində aşkar olunmuş xəsarət sağlamlığa zərərvurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir və törənmə müddətləri 25 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, xəstə anasının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-703/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-703/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver