Məhkəmə qərarları › İş №3(003)-704/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-704/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-704/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə 11 aprel 1984-cü il tarixdə Cəlilabad rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yeni yaşayış massivində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən 28 yanvar 2022-ci il tarixdə Şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-BV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi mərkəz adlanan yerdə hadisə yerindən yayınmış “Hyundai Tucson” markalı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 09 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 28 yanvar 2022-ci il tarixdə Şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-BV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi mərkəz adlanan yerdə hadisə yerindən yayınmış “Hyundai Tucson” markalı avtomobillə toqquşmuş, nəticədə o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, idarə etdiyi “Chevrolet Aveo” markalı **-BV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi mərkəz adlanan yerdə hadisə yerindən yayınmış “Hyundai Tucson” markalı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi əməlindən peşmandır. Bunu nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 28 yanvar 2022-ci il tarixli, 102 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – bədəni üzərində ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən 28.01.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 aprel 2022-ci il tarixli qərardan müəyyən olunur ki, 28 yanvar 2022-ci il tarixdə Şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-BV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi mərkəz adlanan yerdə hadisə yerindən yayınmış “Hyundai Tucson” markalı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar