Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-705/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi döngə 6 ev 8-də qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs İXM-nin 571-ci maddəsinə əsasən 250 məbləğində İnzibati cərimə tutularaq dövlət nəfinə, Suraxanı RPİ-nin TP38145811 saylı, xx.xx.2020-ci il tarixli İcra sənədi üzrə İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə, AR Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə İXM-nin 571-ci maddəsinə əsasən 250 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat məbləöində inzibati cərimə tutularaq dövlət nəfinə, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İXM-nin 571-ci maddəsinə əsasən məbləğində İnzibati cərimə tutularaq dövlət nəfinə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-319/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə isə 1045 manat məbləğində ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədləri eyni icraatda birləşdirilmiş, onların icrasını təmin etmək məqsədi ilə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun Əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. İcra məmurunun çağırışlarından yayındığına görə borclunun barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Bununla da borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və icra sənədlərinin icrasından yayınmır, lakin hazırkı maddi və əmlak vəziyyəti çox pis olduğuna görə müvəqqəti olaraq ödənişlər edə bilməmişdir. Tələbkarlara da məlum olduğu kimi, fəhləlik edib ayda 300 manat qazanır və ailəsini dolandırır. Ailə vəziyyəti ağırdır, himayəsində üç uşağı vardır, qızı Aysel ağır nevroloji xəstədir, anadangəlmə iflicdir. Bu gün 100 manat ödəyərək qəbzini icra məmuruna təqdim etmişdir, surətini məhkəməyə də təqdim edir. Bundan sonra hər ay hər bir icra sənədi üzrə 100 manat ödəniş edəcəkdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs İXM-nin 571-ci maddəsinə əsasən 250 məbləğində İnzibati cərimə tutularaq dövlət nəfinə, Suraxanı RPİ-nin TP38145811 saylı, xx.xx.2020-ci il tarixli İcra sənədi üzrə İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə, AR Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə İXM-nin 571-ci maddəsinə əsasən 250 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat məbləöində inzibati cərimə tutularaq dövlət nəfinə, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İXM-nin 571-ci maddəsinə əsasən məbləğində İnzibati cərimə tutularaq dövlət nəfinə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-319/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə isə 1045 manat məbləğində ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədləri eyni icraatda birləşdirilmiş, onların icrasını təmin etmək məqsədi ilə qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclunun Əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Ailə vəziyyəti ağırdır, himayəsində üç uşağı vardır, qızı Aysel ağır nevroloji xəstədir, anadangəlmə iflicdir. Borclu xx.xx.2023-cü il tarixdə 100 manat ödəyərək qəbzini icra məmuruna, surətini məhkəməyə təqdim etmiş, bundan sonra hər ay hər bir icra sənədi üzrə 100 manat ödəniş edəcəyi barədə üzərinə yazılı öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-705/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-705/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver