Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-706/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 499.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı müvəqqəti saxlancın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Belə ki, iş materiallarında olan 17 mart 2023-cü il tarixli 00800-00124/23 saylı İnzibati xəta haqqında protokola əsasən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ümumi gömrük dəyəri 149,29 AZN, netto çəkisi 1,68 kq olan “neft sənayesindəistifadə üçün geofiziki neft-qaz mədən avadanlığı hissələri: Təcili ayırıcının daxili birləşdiricisi” adlı yük xx.xx.2021-ci il tarixdə **********2511 nömrəli gömrük bəyannaməsi üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmışdir. Yükün müvəqqəti idxalda olma müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, müvəqqəti idxal müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixdə qeydə alınmış xx/xx/008717 nömrəli ərizə ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət olunmuş və yükün müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması xahiş olunmuşdur. Beləliklə, **********2511 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunan yüklərin müddəti 30 gündən artıq olmayan müddətdə gecikdirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən 17 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə inzibati xəta haqqında 00800-00124/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-706/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-706/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver