Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-706/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1634/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 19 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin baş məsləhətçi-müfəttişi X10 tərəfindən Xəzər rayonu, Zirə Tərevezçiliksüdçülük sovxozunda yerləşən icarəmdə olan 1.95 ha torpaq sahəsində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 247.2-ci maddəsinə əsasən MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qeyri-qanuni olaraq 05 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmişdir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında qərar Məcəllənin 99.1.1-ci maddəsinə zidd olaraq, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilmədən tərtib edilmişdir. Əlavə olaraq, Məcəllənin 100.1.7-ci maddəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları nəzərdə tutulmuşdur. Məcəllənin qeyd edilən tələbləri pozulmuş, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolda izahat verməkdən imtina etməyi qeyd edilmişdir. Halbuki, həmin protokol iştirakı olmadan tərtib edilmiş və protokolda imtina etməyi haqqında yalan məlumatlar qeyd edilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş protokol və qərar tam olaraq qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş və sübuta yetirilməmişdir. Birinci dərəcəli əlildir. Xocalı rayonundan məcbur köçkün və müharibə veteranıdır. Xocalı faciəsi ailəsindən yan keçməmiş, bacısı X3 faciəsi zamanı şəhid olmuş, qardaşı X14 Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, bu əsassız olaraq tərtib edilmiş cərimə üzrə ödəniş etməyə maddi imkanı yoxdur. Bununla yanaşı, onun habelə hər bir vətəndaşın əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Məhkəmə iclasında şikayətçi X7 şikayətini müdafiə edərək bildirdi ki, birinci dərəcəli əlil, olmaqla dialez xəstəsidir. Xocalı rayonundan məcbur köçkün və müharibə veteranıdır. Xocalı faciəsi ailəsindən yan keçməmiş, bacısı Xocalı faciəsi zamanı şəhid olmuş, qardaşı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Orqan akt və protokol tərtib edən zaman ona heç bir məlumat verməmiş, onun iştirakını təmin etmədən qərar qəbul etmişdir. Onun icarəsində olan torpaq sahəsində 40 kv.metr ölçülərə malik qeyri-yaşayış obyekti tikmişdir. Həmin tikilini 4 il bundan qabaq inşa etmiş, sonradan bankdan 4000 manat kredit götürərək təxminən iki ay bundan qabaq tikilinin dam örtüyünü bağlatdırmışdır. Hazırda həmin cəriməni ödəmək imkanı yoxdur. Dialez xəstəsidir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokol əsasında müəyyən edilmişdir ki, Xəzər rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən, icarəsində olan kənd təsərrüfat təyinatlı 1,951 ha torpaq sahəsinin bir hissəsində qeyri-yaşayış obyekti inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsəd üçün istifadə etmişdir. Bu səbədən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiri tətbiq edilmişdir. -xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokol protokolun surətindən görünür ki, Xəzər rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən, icarəsində olan kənd təsərrüfat təyinatlı 1,951 ha torpaq sahəsinin bir hissəsində qeyri-yaşayış obyekti inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsəd üçün istifadə etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozu ərazində yerləşən 1.95 ha torpaq sahəsi icarə hüququ əsasında X5 adına **********79 reyestr nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Xəzər rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozunda yerləşən, icarəsində olan kənd təsərrüfat təyinatlı 1,951 ha torpaq sahəsinin bir hissəsində qeyri-yaşayış obyekti inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsəd üçün istifadə etmişdir. Bu səbədən X7 haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiri tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün isə şikayətçi tərəfindən ərizədə heç bir əsaslandırma aparılmamış, həmin qərarın ləğv edilmsəsi üçün məhkəmə baxşı zaman da belə bir əsas müəyyən müəyyən edilməmişdir. Beləliklə müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, X4 rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən, icarəsində olan kənd təsərrüfat təyinatlı 1,951 ha torpaq sahəsinin bir hissəsində qeyri-yaşayış obyekti inşa edərək, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsəd üçün istifadə etmişdir. Bunun əksini təsdiq edəcək hər hansı bir hal isə müəyyən edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-706/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-706/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver