Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-709/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimQəhrəmanovƏkrəmSabiroğlununsədrliyi, X3katibliyi, Xəzər rayon İcra şöbəsinin icraməmuru Şəfəq Neymətzadənin, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsŞəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görəsubay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakışəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş16 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2021-ci iltarixli, Xəzər RPİ-nin xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədinəəsasən X4, X5 və X6 müştərək qaydada cəmi 3.287,25 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada cəmi 1035 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməsi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6719,2 manat məbləğində pul tutularaq “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinəəsasən Şəxs cəmi 2030 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməsi qət edilmiş, Xəzər RPİ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İcra sənədləri üzrəicraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərarla Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında məhkəmə qətnamələrindən məlumatı olmadığını qeyd etmişdir. Sonradan icra məmurunun çağırışlarına gəlməkdən yayındığına görə borclunun barəsində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə axtarış qərarları, xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Borclu icra sənədləri üzrə bu günədək heç bir ödəniş etməmiş vəümumilikdə 4,345.77 ABŞ dolları və 8949,20 manat məbləğində borcu yaranmışdır. Borclu Şəxs bu gün saat 10:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən başqa digər icra sənədlərindən məlumatı olmamışdır. Pandemiya ilə əlaqədar olaraq heçbir yerdə işləmədiyinə görə xx.xx.2018-ci il tarixli icra sənədiüzrə heç bir ödəniş edə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə yaxın vaxtda torpağını sataraq borclarını ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X12 göstərdi ki, borclu Paşazadə X8 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Borcun ödənilməsini tələb edərək Şəxs barəsində qanunda nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədindən görünür ki, X4, X5 və X6 müştərək qaydada cəmi 3.287,25 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavəedilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Şəxs və X2 müştərək qaydada cəmi 1035 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 6719,2 manat məbləğində pul tutularaq “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavəolunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 2030 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-ninxx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2018-ci il, Xəzər RPİ-nin xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış qərarları qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədləri üzrə borcu ümumilikdə 4,345.77 ABŞ dollarıvə 8949.20 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxsməhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxsməsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxsxx.xx.2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) günmüddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 16 may 2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim ƏkrəmQəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-709/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-709/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver