Məhkəmə qərarları › İş №3(003)-712/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-712/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-712/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subayi, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişləri” gömrük postundan daxil olmuş 34/020/006868 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən “X1” poçt daşımaları şirkəti tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş, **********4 saylı aviaqaimə əsasında xx.xx.2023-cü il tarixində daxil olmuş yüklərin sistem üzərindən mütəmadiliyini yoxlayan zaman Şəxs adına göndərilmiş PAK********** nömrəli qaimə sənədli 1 (bir) ədəd poçt bağlamasının elektron ticarət bəyannaməsi ilə bəyan olunmuş gömrük dəyəri şübhə doğurmuş və bağlama üzərində fiziki baxış keçirilmiş və geyim aksesuarından (qalstuk) ibarət bağlamanın üzərindən malın dəyərinin 1137,28 (min yüz otuz yeddi, iyiymi səkkiz) ABŞ dolları olduğunu göstərən invoys sənədi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə № 00800-00109/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdi, bunu həmin bağlamanı başqa bağlama ilə səhv salması səbəbindən etdiyini göstərdi, əməlindən peşman olmasını göstərdi və bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük, gömrük xidməti leytenantı X2 tərəfindən 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 581-ci maddəsi ilə № 00800-00109/23 saylı inzibati xəta haqqında tərtib olunmuş protokoldan görünür ki, Şəxs “X1” poçt daşımaları şirkəti tərəfindən elektron qaydada gömrük orqanlarına bəyan edilmiş, **********4 saylı aviaqaimə əsasında xx.xx.2023-cü il tarixində PAK********** nömrəli qaimə sənədli 1 (bir) ədəd poçt bağlamasında geyim aksesuarından (qalstuk) ibarət 1137,28 (min yüz otuz yeddi, iyiymi səkkiz) ABŞ dolları məbləğində malları Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə keçirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs “X1” poçt daşımaları şirkəti vasitəsilə gətizdirdiyi həmin 1 (bir) ədəd bağlamadakı malların invoys dəyəri 1138,00 (min yüz otuz səkkiz) ABŞ dolları (07.03.203-cü il tarixə olan məzənnəyə əsasən 1934,6 (min doqquz yüz otuz dörd, 60) manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxstərəfindən inzibati xətanın törədilməsinin etiraf edilməsi və əməlindən peşmançılıq bildirilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsini və onun barəsində inzibati xətanın obyekti olan malların ümumi dəyəri 1138,00 ABŞ dollarının qırx faizi, yəni 455,20 ABŞ dolları məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 455,20 ABŞ dolları pul vəsiti 773,84 manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan – ümumi dəyəri 1138,00 (min yüz otuz səkkiz) ABŞ dolları olan malların dəyərinin qırx faizi, yəni 455,20 (dörd yüz əlli beş, iyirmi) ABŞ dolları olmaqla 773,84 (yeddi yüz yetmiş üç, səksən dörd) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar