Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-713/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Şikayətçi X2 iştirakı ilə, X2 Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun qızı X1 rayon 3 saylı Xəstəxanada tibb bacısı vəzifəsində işləyir. Şikayətçi qızının atası kimi ona verilmiş icazə əsasında qızının növbədə olduğu iş günlərində onu işə aparıbgətirirmiş. Bu səbəbdən onun xüsusi karantin rejimində hərəkətinə icazənin verilməsi üçün onun barəsində məlumatlar işəgötürən tərəfindən “icaze.egov.az” portalına yerləşdirilmiş və şikayətçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərəkətinə icazə verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə saat 08:35 radələrində Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektoru C.Ağayev onun idarə etdiyi avtomobili saxladıqdan sonra ondan icazəsinin olub-olmaması barədə soruşmuş, şikayətçi öz icazə vərəqəsini göstərməsinə baxmayaraq yol-patrul xidməti inspektoru tərəfindən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar protokol tərtib edilərək 200 manat cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin məzmununa uyğun izahat verərək inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X3 və ona məxsus nəqliyyat vasitəsini idarə edən sürücü (atası) şikayətçi X4 xüsusi karantin rejimində (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) hərəkətlərinə icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarından göründüyü kimi Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə olan müvafiq qərarları əsasında şikayətçi barəsində məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına yerləşdirilmiş və şikayətçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərəkətinə icazə verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə yəni icazənin qüvvədə olduğu müddətdə Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsi sübuta yetirilmir və bu səbəbdən onun şikayəti təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-713/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-713/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver