Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-713/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi ev 62, mənzil 3-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmməd küçəsi, ev 17-də yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 17 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X1 xeyrinə 3700 manat pul və 30 manat məbləğində dövlət rüsumunun tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında borcunu ödəyəcini qeyd etmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə borcundan cəmi 400 manat ödəniş etmiş və halhazırda 3330 manat borcu qalmışdır. Borclu Şəxs bu gün saat 11:00-da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, ona məxsus olan 5 sot torpaq sahəsini satmış, lakin hazırda sənədləşmə işləri aparılır. Ona verilsə tələbkara olan borcunu ödəyəcəyini bildirdi. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 göstərdi ki, borclu bu günə kimi müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınır. Borclu xx.xx.2021-ci il tarixdə cəmi 400 manat ödəniş etmiş və 3330 manat ödənilməmiş borcu qalmışdır. Borclu dəfələrlə borcu ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X1 xeyrinə 3700 manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini tam olaraq heç bir üzrlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 3330 manat təşkil edir. Bununla da, Şəxs icra sənədini heç bir üzrlü səbəb olmadan tam icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzrlü səbəb olmadan tam icra etməməsini, dəfələrlə öz izahatlarında borcu ödəyəcəyinə söz versə də buna əməl etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 11:00-da Xəzər rayon icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 17 may 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-713/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-713/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver