Məhkəmə qərarları › İş №3(003)-714/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-714/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-714/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2020-cı il tarixli inzibati tənbeh vermə haqqında ******* saylı pratokoluna əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qərar qəbul edilərək 200 manat cərimə olunmuşdur. Şikayətçi hesab edir ki, qərar qanunsuz və əsassızdır. Bu səbəbdən qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, o uzun müddətdir ki, heç harda işləmir və ailəsini dolandırmaqda ona valideyinləri köməklik etməsinə baxmayaraq çox çətinlik çəkir. Son 4 ayda COVİD-19 pandemiyasıyla mübarizə və tətbiq edilən karantin dövründə ailəsinin maddi gəliri olmadığından vəziyyət daha da pisləşmişdir. Heç yerdə işləməyən tənha anadır və himayəsində 3 azyaşlı övladı var. Dövlətdən də işsizliyə görə hər hansı yardım almır. Həyat yoldaşından rəsmi ayrılıb və 3 uşağa görə keçmiş həyat yoldaşı aliment də ödəmir. O, bacısı Pərvin Babayevaya məxsus “Wolkswagen” markalı **-ZS-*** dövlət nömrə nişanlı avtomobili evlərinin yanında idarə edərkən, evin yaxınlığında yerləşən ərzaq dükanından uşaqlara ərzaq almağa gedərkən adını və soyadını bilmədiyi polis nəfəri onun idarə etdiyi avtomobili saxlayaraq və onun barəsində İXM-nin 211.1 -ci maddəsi ilə inzibati qərar qəbul edərək 200 manat cərimə tətbiq etmişdir. Şikayətçi qeyd edir ki, o, yaşayış ərazisini heçdə tərk etməmiş, qaydanı pozmamışdır. O, yol polisinə öz etirazını bildirərək qeyd etmişdir ki, heç yerdə işləmir, himayəsində 3 azyaşlı övladı var, imkansız, işsizgücsüz, aliment belə almayan çarəsiz bir anadır, habelə icazə üçün 8103-ə saat 13:25-də sms göndərmiş və yalnız saat 13:36-da icazəsi təsdiq edildikdən sonra evdən uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən o, 200 manat məbləğində cərimə edilmişdir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o müvafiq icazənin alınması üçün sms göndərmiş, lakin həmin sms bildirişin cavabını almadan yəni xüsusi karantin rejimində hərəkətinə icazəsi olmadan yaşadığı evi tərk etmişdir. Şikayətçinin özünün də qeyd etdiyi kimi onun barəsində inzibati protokol tərtib edilən vaxt ona icazənin verilməsi ilə bağlı sms bildiriş gəlmişdir. Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə olan müvafiq qərarlarına əsasən sərt karantin rejimi zamanı tətbiq edilən sms icazə qaydalarına uyğun olaraq şəxs 8103 nömrəsinə sms icazə alınması üçün mesaj göndərməli, sms icazənin verilməsinə dair mesaj gəldikdən sonra yaşayış yerini tərk edə bilərdi. Göründüyü kimi şikayətçi bu qaydaya əmələ etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə iclasında şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar