Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-714/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMCnin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasından Н015563/102С157 nömrə nişanlı yük avtomaşınında daxil olmuş 2027,00 kq “5510M” buldozeri üçün ehtiyyat hissələri yükü **********6116 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2015-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə "xxxx" MMC tərəfindən 2017-ci il tarixdə təqdim edilmiş ərizə əsasında sözügedən malların müvəqqəti idxal müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********6116 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2017-ci il tarixində bitməsinə baxmayaraq **********6116 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 6.2-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti moyoru X5 tərəfindən 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 20 aprel 2023-cü il tarixdə Şəxs MMCnin direktoru X2 məhkəməyə ərizə ünvanlamış və ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrrük Komitəsi Bakı Baş Kömrük İdarəsi "xxxx" MMC barəsində X3 499.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edərək baxilması üçün aidiyyatı üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərmişdir. Hesab etmişdir ki, müddətin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət olunmalı protokolun və ondan irəli gələn nəticələrin ləğv olunması, inzibati işin icraatına xitam verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Kömrrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "xxxx" MMC barəsində X3 499.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edərkən ona əsaslanmışdır ki, "xxxx" MMC tərəfindən **********6116 sorğu nömrəli gömrük bəyəmnaməsi ilə müvvəqəti idxal müddəti pozulmuş, lakin həmin yüklərin digər gömrük prosedurunda rəsmləşdirilməsi MMC tərəfindən təmin edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılər ki, "xxxx" MMC tərəfindən **********6116 sorğu nömrəli gömrük bəyəmnaməsi 2015-ci ildə təqdim olunmuşdur. Lakin dəfələrlə həmin yüklərin digər gömrük prosedurunda rəsmləşdirilməsi barədə "xxxx" MMC tərfindən müraciət olunsada rəsmləşdirilməsinə imkan verilməmişdir. İXM-nin 38.1-ci maddəsinin tələbinə əsasən “ İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci göra ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yo/ 2ərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qarıınsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, Лисиф1 şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sa/ibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əməlqanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsiqaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Dövlət Gömrük Koritəsi Bakı Baş Kömrük İdarəsi Şəxs MMC barəsində X4 499.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol müddətin ötrülməsi ilə tərtib olunduğundan qanunun tələbinə əsasən buf akt müddətin keçməsi ilə bağlı "xxxx" MMC-ni inzibati məsuliyyətdən azad edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Kömrük İdarəsi "xxxx" MMC barəsində X3 499.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokolunun ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsinə əsasən Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Göründüyü kimi, “Yulural Proqress" MMC (VÖEN:**********) tərəfindən **********6116 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddəti pozulmuş, lakin həmin yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməsi MMC tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan olan malların dəyərinin (28620,00 manat) 70 (yetmiş) faizi, 20 034 (iyirmi min otuz dörd) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-714/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-714/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver