Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-715/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 21 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 göstərdi ki, Şəxs 21 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, spirtli içki aludəçisidir, hər dəfə spirtli içki qəbul etdikdən sonra özündən aslı olmayan səbəblərə görə evdə dava-dalaş salır, ailə üzvlərini söyüb təhqir edir və onları döyür. 21 fevral 2022-ci il tarixdə yenə spirtli içki qəbul etmiş və bərk sərxoş olduğu üçün arvadı X3 döyərək ona xəsarətlər yetirmişdir. Nəticədə arvadı həmin gün uşaqlarını da götürüb atası evinə getmiş və bir daha qayıtmamışdır. Əməlindən peşmandır. Buna görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 26 fevral 2022-ci il tarixli 195 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədənində aşkar olunmuş xəsarətlər – təpə nahiyəsinin hematomaları, sağ bazunun qançırları küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibbi müayinəsindən 1 günə qədər əvvəl törənmiş, qərarda göstərilən 21 fevral 2022-ci il tarixə uyğun gələ billər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xaraketerinə və lokalizasiyasına əsasən demək olar ki, X2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 fevral 2022-ci il tarixli, 1/346 nömrəli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi “orta” olmuşdur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdə saat 17:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-715/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-715/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver