Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-715/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC malların müvəqqəti saxlanca qoyulma tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə və qaydada malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin yükə aid verilmiş saxlanc müddətinin başa çatmasına baxmayaraq yük rəsmiləşdirilməmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Polşa Respublikasından göndərilən ümumi gömrük dəyəri 21333,10 AZN, ümumi invoys dəyəri 12008,26 ABŞ dolları olan mallar xx.xx.2022-ci il tarixli **********9301 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan həmin malların müvəqqəti saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda gömrük nəzarəti altında olan mallara gömrük baxışı keçirilmiş, **********9301 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların orada toxunulmadan saxlanıldığı, üzərində heç bir qanunsuz sərəncam verilmədiyi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC-nin ünvanına Polşa Respublikasından göndərilən ümumi gömrük dəyəri 21333,10 AZN, ümumi invoys dəyəri 12008,26 ABŞ dolları olan mallar xx.xx.2022-ci il tarixli **********9301 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan həmin malların müvəqqəti saxlanc müddəti Şəxs MMC-nin müraciəti əsasında xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda gömrük nəzarəti altında olan mallara gömrük baxışı keçirilmiş, **********9301 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların orada toxunulmadan saxlanıldığı, üzərində heç bir qanunsuz sərəncam verilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-715/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-715/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver