Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-716/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin ünvanına Estoniyadan göndərilən ümumi gömrük dəyəri 17270,76 AZN, ümumi gömrük dəyəri 9700,00 ABŞ dolları olan mallar xx.xx.2022-ci il tarixli **********7005 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan həmin malların müvəqqəti saxlanc müddəti "xxxx" MMC-nin müraciəti əsasında xx.xx.2023-cü ilədək uzadılmışdır. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan anbarda gömrük baxışı keçirilərkən, **********7005 nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirilmədiyi və heç bir qanunsuz əməliyyatın aparılmadığı müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozaraq, gömrük orqanının müəyyən etdiyi saxlanc müddətinin başa çatmasına baxmayaraq, malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Bununla əlaqədar "xxxx" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı Fətəliyev Səbuhi Çingiz oğlu tərəfindən 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında 00800-00114/23 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-716/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-716/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver