Məhkəmə qərarları › İş №3(003)-717/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-717/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-717/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus obyektdə vəzifəli şəxslər tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə şəraitin yaradılmaması, qanunun tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin baş məsləhətçisi X3 tərəfindən 17 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs və barəsində Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan Azərbaycan Respublikası X1nin 15 mart 2023-cü il tarixli YPK/0023-23 nömrəli qərarının surətindən görünür ki, insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması məqsədilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus obyektdə 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək plandankənar yoxlamanın baş məsləhətçi X3 və məsləhətçi X2 tərəfindən aparılması qərara alınmışdır. İş materiallarında olan X1 Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubun surətindən görünür ki, ona məxsus obyektdə 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək plandankənar yoxlamanın keşirilməsinin nəzərdə tutulması barədə məlumat verilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, X1 Bakı Regional Bölməsinin baş məsləhətçisi X3 və məsləhətçi X2 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus obyektdə olmuş, Şəxs ilə əlaqə yaradılmış və yoxlamanın keçirilməsi bildirilmişdir. Ancaq sahibkar yoxlamanın keçirilməsinə etiraz edərək şərait yaratmamışdır. Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X1nin 17 mart 2023-cü il tarixli YPK/0023-23 nömrəli qərarının surətindən görünür ki, insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması məqsədilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus obyektdə 15 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək plandankənar yoxlamanın baş məsləhətçi X3 və məsləhətçi X2 tərəfindən aparılması qərara alınmışdır. 17 mart 2023-cü il tarixli akta əsasən X1 Bakı Regional Bölməsinin baş məsləhətçisi X3 və məsləhətçi X2 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus obyektdə olmuş, Şəxs ilə əlaqə yaradılmış və yoxlamanın keçirilməsi bildirilmişdir. Ancaq sahibkar yoxlamanın keçirilməsinə etiraz edərək şərait yaratmamışdır. Göründüyü kimi, Şəxs özünə məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şüvəlan bağları 133 ünvanında yerləşən obyektdə vəzifəli şəxslər tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə şərait yaratmamış, qanunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamış, yaxud həmin şəxslərin qanuni tələblərini yerinə yetirilməmişdir və bununla da Azərbaycan Respublikasının İXMnin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və qeyd edilən yoxlamaların keçirilməsinin aradan qaldırıması halının olmasını nəzərə alaraq onun Azərbaycan Respublikası CM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 116-cı maddəsini tətbiq etməklə ona təyin olunmuş cərimə növündə tənbeh tədbirinin hüquqpozmanı aradan qaldırması üçün müddət müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən Şəxs təyin edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri şərti hesab edilməklə ona hüquqpozmanının aradan qaldırması üçün 01 (bir) ay müddət müəyyən edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar