Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-718/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X2 Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək bildirdi ki, "xxxx" MMC-nin «OBA- Binə 6» mağazasında mağaza müdiri vəzifəsində işləyir. Mağaza müdiri olaraq vəzifəsi mağazaya satış üçün göndərilən malları qəbul etmək, satış həyata keçirmək, tabeçiliyində olan işçi heyətinə nəzarət etmək, həmçinin mağaza daxilində və ətrafında antisanitar vəziyyətin qarşısını almaqdan, hər hansı bir məişət tullantısı olarsa həmin tullantını ətraf mühiti çirkləndirmədən, zibilləmədən aidiyyatı qurumlar tərəfindən təyin edilmiş urnalara atmaqdan ibarətdir. 10 may 2022-ci il tarixdə, saat 12:20 radələrində məişət tullantılarını, yəni karopka, yumurta qutularını məişət tullantılarını yığan avtomobil gələrkən aparması üçün mağazdan çölə qoymuşdur. Saat 12:28-də 2-ci Polis şöbəsinin sahə inspektoru X5 ona İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manata məbləğində cərimə edilməsi barədə xəbərdarlıq edərək cərimə yazılacağını bildirmişdir. Lakin barəsində protokol tərtib edilərkən orada olmamışdır. Saat 12:32-də məişət tullantılarını toplayan maşın yaxınlaşaraq həmin tullantıları maşına yığaraq ərazini təmizləmişdir. O, yazılan prtokolla razı deyildir. Belə ki, ərazinin məişət tullantıları ilə çirkləndirilməsi davamlı olmalı, həmçinin həmin tullantılar ağlabatan müddətdə təmizlənmədən qeyd edilmiş yerdə pərakəndə şəkildə qalması hesab edilir. Lakin o, qeyd edilmiş əraziyə tullantıları pərakəndə şəkildə aparmamış, həmçinin apardıqdan 8 dəqiqə sonra aidiyyatı maşın gəlib həmin tullantını iştirakı ilə təmizləmişdir. Məişət tullantılarını təmizləyən avtomobil və işçiləri adətən 12:25-12:35 aralağında əraziyə yaxınlaşdığı üçün onların iş axarını pozmaması və ləngitməmək üçün 1-2 dəqiqə qalmış məişət tullantılarını əraziyə çıxarır. Bunları izah etməyinə baxmayaraq X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq MN seriyalı ******* nömrəli protokol tərtib edərək protokolun əsasında MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat məbləğində cərimə etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 10 may 2022-ci il tarixdə, saat 12:20 radələrində «OBA» marketin qarşısında məişət tullantıları tutumlardan (urnalardan) kənar yerlərə atıldığına görə mağanın müdiri Qorxmaz Xosrovluya iradını bildirmişdir. Lakin o, həmin zibillərin qonşuluqda olan meyvə dükanına aid olduğunu bildirmişdir. Ancaq orada olan məişət tullantıları «OBA» marketə məxsus olduğundan həmin tullantıların fotoşəkilini çəkmiş və Qorxmaz Xosrovlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokol əsasında 2-ci Polis şöbəsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X4 "xxxx" MMC-nin «OBA-Binə 6» mağazasında mağaza müdiri vəzifəsində işləyərkən 10 may 2022-ci il tarixdə məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdığına görə barəsində 2-ci Polis şöbəsinin sahə inspektoru X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokol əsasında 2-ci Polis şöbəsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atılması 1 ədəd fotşəkil ilə də, sübuta yetirilir. X4 məişət tullantılarının bir qisminin mağazaya aid olduğunu, ərazinin məişət tullantıları ilə çirkləndirilməsinin davamlı olmadığını, məişət tullantılarının 8 dəqiqə sonra aidiyyatı maşın tərəfindən təmizləndiyini bildirsə də, maddənin dispozisiyasında məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması nəzərdə tutulmuşdur ki, Qorxmaz Xosrovlu həmin inzibati xətanı törətmiş və bunu etiraf etmişdir. Həmçinin məhkəmə hesab edir ki, X1 tənbeh vermə haqqında 10 may 2022-ci il tarixli qərardan 19 may 2022-ci il tarixdə məhkəməyə şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 10 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-718/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-718/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver