Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-718/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ11239262 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ11239262 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Şikayət vermiş şəxs X1 isə ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən həmin şikayət baxılmasına olan zərurət aradan qalxmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ11239262 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-718/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-718/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver