Məhkəmə qərarları › İş №3(003)-719/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-719/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-719/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə Şəxs xx.xx.1997-ci il tarixdə Latviya Respublikasında doğulmuş doğulmuş, Latviya Respublikasının vətəndaşı, subay, “ADA” universitetinin tələbəsi, Bakı şəhəri Yasamal rayonu X6 küçəsi 140-144 ünvanında müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokola əsasən “Poçt göndərişləri” gömrük postunda Şəxs tərəfindən poçt göndərişləri vasitəsilə göndərilən, üzərində alıcı ünvanı Latviya Respublikası Riqa Slokas 167-40 LV-1067, adı isə Svetlana Ruvinska kimi göstərilmiş, çəkisi 0,815 kq olan RR011580907AZ izləmə kodlu poçt göndərişinə gömrük nəzarəti əsnasında şübhələr müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin beynəlxalq poçt göstərişinin yoxlanılması zamanı bağlamanın içərisində olan 1 ədəd yumşaq oyuncağın açılan yerindən 3 ədəd şəffaf sellofana qablaşdırılmış 995 ədəd qəhvəyi rəngli həblər aşkar edilərək protokol əsasında götürülmüşdür. Həmin faktla əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə İnzibati xəta haqqında № 00800-00137/23 saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Materialın araşdırılması zamanı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli 6/1008 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 995 ədəd qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “Cipla” göstəriciləri olan dərman həblərinin tərkibində narkotik psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən verilən xx.xx.2023-cü il tarixli 9/1597 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “CENADE Çipla” dərman preparatının 1 həbinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 0,02 manat, 995 həbin qiyməti isə 19,90 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdi, onları anasına göndərmək istədiyini bildirdi və ərizə təqdim edərək həmin dərmanların müsadirə edilmasi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1008 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 995 ədəd qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “Cipla” göstəriciləri olan dərman həblərinin tərkibində narkotik psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1597 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “CENADE Çipla” dərman preparatının 1 həbinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 0,02 manat, 995 həbin qiyməti isə 19,90 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 181,00 (yüz səksən bir) manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş, onun gömrük nəzarətindən gizlədilməklə keçirmək istədiyi dərman vasitələrinin məhkəmə qaydasında müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların - “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi qiyməti 19,90 (on doqquz, doxsan) manat olan 995 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində “Cipla” göstəriciləri olan dərman həblərinin müsadirə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 181,00 (yüz səksən bir) manat pul vəsaitinin dövlət hesabına ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona məxsus - inzibati xətanın bilavasitə obyekti olan mallar - “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi qiyməti 19,90 (on doqquz, doxsan) manat olan 995 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərlərində “Cipla” göstəriciləri olan dərman həbləri müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 181,00 (yüz səksən bir) manat pul vəsaitinin dövlət hesabına ödənilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar