Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-720/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxxx 1977-cı il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni yaşayış massivində yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 14 may 2022-ci il tarixli protokola əsasən Şəxs 30 aprel 2022-ci il tarixdə, saat 16:30-da idarə etdiyi «Mercedes 260» minik markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 07 may 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, fərdi əməklə məşğul olur, işi olmayanda isə idarə etdiyi «Mercedes 260» minik markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 30 aprel 2022-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi avtomobil ilə şəhər istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Qoşa xətti keçib, yolun əks istiqamət zolağına çıxmış və geriyə manevr edən zaman öz zolağında hərəkət edən «Toyota Prius» markalı avtomobilin sol tərəfindən vurmuşdur. «Toyota Prius» markalı avtomobili isə zərbənin təsirindən yolun sağ kənarında yerləşən «Tikinti materialları» dükanında tikinti materiallarına dəymişdir. Hadisə nəticəsində «Toyota Prius» markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət almışdır. O, təcili tibbi yardımdan həmin şəxslərin nömrələrini alaraq onların səhhəti ilə maraqlanmışdır. Törətdiyi əməldən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 elektron ərizə göndərərək rayonda olduqları üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Həmçinin Şəxs yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 04 may 2022-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 30 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 04 may 2022-ci il tarixli, 474 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 30 aprel 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 05 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs şikayətçi deyildir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 05 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs şikayəti yoxdur. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-720/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-720/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver