Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-721/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0096/22 nömrəli, 06 may 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC gömrük rəsmiləşdirilməsi qaydasını pozmuşdur, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2 göstərdi ki, xarici öklələrdən gömrük ərazilərinə bağlamaların sürətli daşınması fəaliyyəti ilə məşğul olan "xxxx" MMC tərəfindən müxtəlif adda sifariş edilmiş malların gömrük rəsmiləşdirilməsi qaydaları pozulmaqla gömrük ərazisinə gətirilməsi barədə məlumat daxil olmuşdur. Belə ki, "xxxx" MMC-nin» «Məhsulun inkişafı Departamenti»nin direktoru vəzifəsində işləyən X1 türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən müxtəlif şəxslər tərəfindən sifariş edilmiş 11 ədəd bağlamanı özü ilə birlikdə gətirərək gömrük rəsmiləşdirilməsini həyata keçirmədən bağlamaları "xxxx" MMC-nə məxsus anbara yerləşdirmiş, bununla da, gömrük rəsmiləşdirilməsi qaydalarının tələblərini pozmuşdur. Buna görə də, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində göstərilən inzibati xətanı törətməsinə dair 00800-0096/22 nömrəli, 06 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 02 iyun 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Etirazda qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin törədilmiş inzibati xəta hadisəsi ilə aidiyyəti yoxdur. Bu səbəbdən başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, inzibati xətanın obyekti olan bağlamanı nə göndərən, nə qəbul edən, nə də ki, daşıyıcı şirkət "xxxx" MMC olmamışdır. İzahatı alınmış şəxslər də, obyektin "xxxx" MMC ilə əlaqəsi olmadığını öz izahatlarında qeyd etmişlər. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 08 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, "xxxx" MMC gömrük rəsmiləşdirilməsi qaydasını pozmuşdur, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 490cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-721/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-721/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver