Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-722/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və Bakı şəhər BPİ-nin X9 İdarəsinə tabe olan Yol-Patrul Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları ilə X4 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin 01.04.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 12.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 12.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, 01.04.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində “AUDİ A6” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun sol zolağında hərəkətdə olarkən həmin zolaqda hərəkətdə olan avtobus digər sürücü ilə kobud mübahisə edərkən avtobusun sürücüsü nəqliyyat vasitəsini sağdan sola yönəltmiş, nəticədə o, avtobusla qəzadan yayınmaq üçün avtomobilini əks istiqamət zolağına yönəltmişdir. Bu səbədən də sadaladığı faktlara istinadən barəsində tərtib edilmiş 01.04.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 12.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X9 İdarəsinə tabe olan Yol-Patrul Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində xidmətdə olarkən “AUDİ A6” markalı, **-XK-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü manevr qaydalarını pozması, yəni, 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün onun tərəfindən saxlanılmış və sürücü X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və yol-patrul xidməti inspektorunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01.04.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə 12.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir; Məhkəməyə Bakı şəhər BPİ-nin X9 İdarəsinə tabe olan Yol-Patrul Alayının yolpatrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən təqdim edilən videogörüntülərə baxılmış, görüntülərdə “AUDİ-A6” markalı, **-XK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün manevr qaydasını pozaraq, yəni, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhər BPİ-nin X9 İdarəsinə tabe olan Yol-Patrul Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 01.04.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin protokol üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X4 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində olan Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin 01.04.2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 12.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-722/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-722/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver