Məhkəmə qərarları › İş №3(003)-722/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-722/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-722/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X3, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə X3 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X5 şikayət ərizəsi ilə müraciət edərək cərimə edilməyi barədə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək bildirdi ki, o, idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün avtomobili saxladığı br çox yerlərdə kameralar var. Həmçinin halı pis olduğu üçün avtomobilini məcbur olub kamera olan yerlərdə saxlamışdır. Belə ki, 10 noyabr 2021-ci il tarixdə avtoomobili dayanacaq meydançasında saxladığına görə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində, 17 dekabr 2021-ci il tarixdə, 22 yanvar 2022-ci il tarixdə, 23 yanvar 2022-ci il tarixdə, 07 mart 2022-ci il tarixdə, 17 mart 2022-ci il tarixdə və 17 aprel 2022-ci il tarixdə dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğundan inzibati xəta haqqında protokolu yalnız yol patrul xidməti əməkdaşı tərtib edə bilər, Bakı Nəqliyyat Agentliyinin isə kamera ilə protokol tərtib etmək səlahiyyəti yoxdur. Qərar barədə məlumatı elektron kabinetdən əldə etmiş və həmin tarixdə şikayəti məhkəməyə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 şikayəti qəbul etməyərək bildirdi ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobili 10 noyabr 2021-ci il tarixdə, saat 09:32:51-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandığına görə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bundan başqa 17 dekabr 2021-ci il tarixdə, 22 yanvar 2022-ci il tarixdə, 23 yanvar 2022-ci il tarixdə, 07 mart 2022-ci il tarixdə, 17 mart 2022-ci il tarixdə və 17 aprel 2022-ci il tarixdə dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Bütün pozuntular kameralar vasitəsi ilə qeydə alınmış və bununla bağlı iş materiallarında fotoşəkillər mövcuddur. Həmin nəzarət kameralarına BNA-nin əməkdaşı nəzarət edir və pozuntu texniki nasazlıqla bağlıdırsa orada dayanmış avtomobil cərimə edilmir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli, 73 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerləri Tələblər»in 5.1.3-cü yarımbəndinə əsasən cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir. Şikayətin əsassız olduğunu, qərarların isə əsaslı olduğunu, ləğv edilməsi üçün heç bir əsas olmadığını bildirərək məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobili 10 noyabr 2021-ci il tarixdə, saat 09:32:51-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobili 10 noyabr 2021-ci il tarixdə, saat 09:28:59-dan saat 09:32:51-dək ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamışdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 dekabr 2021-ci il tarixdə, saat 15:36:28-də A.Cəlilov küçəsi-A.İsmayılov küçəsində dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 dekabr 2021-ci il tarixdə, saat 15:36:28-dən saat 15:38:42-dək dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 22 yanvar 2022-ci il tarixdə, saat 06:15:31-də Nərimanov rayonu, F.X.Xoyski prospekti Gənclik Mall yanında dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 22 yanvar 2022-ci il tarixdə, saat 06:13:03-dən saat 06:15:31-dək dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 23 yanvar 2022-ci il tarixdə, saat 08:31:54-də Füzuli küçəsi-S.Vurğun küçəsində dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 23 yanvar 2022-ci il tarixdə, saat 08:31:54-dən saat 08:35:08-dək dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 04 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 07 mart 2022-ci il tarixdə, saat 22:45:53-də M.Hadi-Sarayevo küçəsinin kəsişməsində dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 07 mart 2022-ci il tarixdə, saat 22:45:53-dən saat 22:48:14-dək dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 mart 2022-ci il tarixdə, saat 15:33:06-da Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 mart 2022-ci il tarixdə, saat 15:29:38-dən saat 15:33:06-dək dayanma və ya durma qaydasını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 17 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 aprel 2022-ci il tarixdə, saat 06:22:10-da Yasamal rayonu, 20 yanvar dairəsində dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobillə 17 aprel 2022-ci il tarixdə, saat 06:22:10-dan saat 06:24:23-dək dayanma və ya durma qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmədə müəyyən olundu ki, X5 idarə etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-PS-*** dövlət nömrə nişanlı avtomobili 10 noyabr 2021-ci il tarixdə, saat 09:32:51-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bundan başqa idarə etdiyi avtomobillə 17 dekabr 2021-ci il tarixdə, 22 yanvar 2022-ci il tarixdə, 23 yanvar 2022-ci il tarixdə, 07 mart 2022-ci il tarixdə, 17 mart 2022-ci il tarixdə və 17 aprel 2022-ci il tarixdə dayanma və ya durma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Həmin pozuntular fotoşəkillər ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, qərarların ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X5 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarlarını rəsmi olaraq əldə etmədiyindən və qərar barədə məlumatı kabinetindən əldə etdikdən sonra şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyinin ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 05 aprel 2022-ci il tarixli, ******* nömrəli, 05 aprel 2022-ci il tarixli, ******* nömrəli, 04 aprel 2022-ci il tarixli, ******* nömrəli, 05 aprel 2022-ci il tarixli və ******* nömrəli, 17 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar