Məhkəmə qərarları › İş №3(003)-723/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-723/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-723/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində olan vəsaiti 12 mart 2020-ci il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 göstərdi ki, sifarişçi Şəxs MMC və icraçı "xxxx" Murat Küçükcakır arasında MMC-yə məxsus ərazidə yerləşən zeytun bağlarında görülmüş işlərin yoxlanılması, işçilərə təlimlərin verilməsi, bitki xəstəliklərinə qarşı səmərəli mübarizə aparılması, zeytun tinglərinin seçilməsi, əkilməsi, qulluq edilməsi və digər mövzularda konsultasiya (məsləhət) xidmətlərinin göstərilməsi məqsədilə 10 yanvar 2020-ci il tarixində 50000 ABŞ dolları dəyərində xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 9.1-ci maddəsinə əsasən, müvafiq ödənişlər yanvar, aprel, iyul və oktyabr ayları üzrə ödənildikdən sonra görülmüş işlər qarşılığında Məsləhətçi (İcraçı) tərəfindən “görülmüş işlər barədə akt” təqdim edilir. 10 yanvar 2020-ci il tarixli Xidmət (Konsultasiya) müqaviləsinin 9.1-ci maddəsinə uyğun olaraq 11 mart 2020-ci il tarixində 12500 ABŞ dollar vəsait ödənildikdən sonra məsləhətçi tərəfindən yanvar üzrə görülməli işlər mart ayının 11dən etibarən həyata keçirilmiş və 16 mart 2020-ci il tarixində “görülmüş işlər barədə akt” sifarişçiyə (Rəhbərliyə) təqdim edilmişdir. Məsləhətçi (İcraçı) tərəfindən ödənilmiş 12500 ABŞ dollar vəsait qarşılığında MMC-yə məxsus ərazi və digər texniki məsələlər yoxlanılaraq natamamlıqlar müəyyən edilərək iş planları hazırlanmış, budama ilə əlaqədar təlimlər verilmiş, xəstəliklərlə mübarizə üçün dərmanlama təmin edilmiş, yabanı otlarla mübarizə üzrə plan hazırlanmış və ərazi üzrə zeytun tingləri ilə bağlı natamamlıqlarının müəyyənləşdirilməsi həyata keçirilmişdir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 11 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 10 yanvar 2020-ci il tarixli Xidmət (Konsultasiya) müqaviləsinin 6.8-ci bəndinə əsasən X3 ilə X1 Məsləhətçi, xərclərin hansı şəkildə təmin olunacağı Rəhbərlik ilə qabaqcadan müəyyən edilmək şərti ilə Rəhbərliyin tələb edəcəyi hər növ analizin (meliorasiya, su, sulama və sair hər mövzuların) yerinə yetirilməsinə məsləhət verir. b. Hazırlıq dövründə görüləcək işlər nəticəsində iş təqviminə uyğun olaraq layihə başladılacaqdır. c. Əkilmənin necə aparılacağı göstəriləcək, başladılacaq və vaxtaşırı olaraq da yoxlanılacaqdır. d. Gübrələmə proqramı tərtib ediləcək və nəzarəti təmin ediləcəkdir. e. Xəstəlik və ziyanvericilərə nəzarət və dərmanlama proqramları ediləcəkdir. f. Yabanı otlarla mübarizə üçün lazım olan tədbirlər alınacaqdır. g.Sulama proqramı əmələ gətiriləcək və nəzarəti təmin ediləcəkdir. h. Budama içinin texnikasına münasib olaraq yerinə yetinlməsinə nəzarət. ı.Zeytun yağı və süfrəlikzeytun zavodu layihələndirilməsinə dəstək veriləcəkdir. j. Məsləhətçi Azərbaycan və Dünya bazarında tanınan bir Zeytun yağı markası yaradılması və Beynəlxalq qeydiyyatlı bir marka adı əldə edilməsinə köməklik göstərəcəkdir. İş materiallarına əlavə edilmiş 16 mart 2020-ci il tarixli X4 Konsultasiya aktından görünür ki, 12500 ABŞ dollar vəsait qarşılığında MMC-yə məxsus ərazi və digər texniki məsələlər yoxlanılaraq natamamlıqlar müəyyən edilərək iş planları hazırlanmış, budama ilə əlaqədar təlimlər verilmiş, xəstəliklərlə mübarizə üçün dərmanlama təmin edilmiş, yabanı otlarla mübarizə üzrə plan hazırlanmış və ərazi üzrə zeytun tingləri ilə bağlı natamamlıqların müəyyənləşdirilməsi həyata keçirilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Məsləhətçi” Murat Küçükcakır arasında arasında 10 yanvar 2020-ci il tarixli X4 Konsultasiya müqaviləsinə əsasən MMCyə məxsus ərazidə yerləşən zeytun bağlarında görülmüş işlərin yoxlanılması, işçilərə təlimlərin verilməsi, bitki xəstəliklərinə qarşı səmərəli mübarizə aparılması, zeytun tinglərinin seçilməsi, əkilməsi, qulluq edilməsi və digər mövzularda konsultasiya (məsləhət) xidmətlərinin göstərilməsi məqsədilə xidmət müqaviləsi bağlanmışdır. Şəxs MMC tərəfindən 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait “Paşa Bank ASC-də olan hesabından 12 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 16 mart 2020-ci il tarixli X4 Konsultasiya aktına əsasən 12500 ABŞ dollar vəsait qarşılığında MMC-yə məxsus ərazi və digər texniki məsələlər yoxlanılaraq natamamlıqlar müəyyən edilərək iş planları hazırlanmış, budama ilə əlaqədar təlimlər verilmiş, xəstəliklərlə mübarizə üçün dərmanlama təmin edilmiş, yabanı otlarla mübarizə üzrə plan hazırlanmış və ərazi üzrə zeytun tingləri ilə bağlı natamamlıqlarının müəyyənləşdirilməsi həyata keçirilmişdir. Göründüyü kimi, ödənilmiş valyuta vəsaitinin qarşılığında 16 mart 2020-ci il tarixdə xidmətlərin yerinə yetirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X6 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində olan vəsaiti 12 mart 2020-ci il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, lakin göstərilən məbləğ qarşılığında xidmətlər həyata keçirildiyindən, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar