Məhkəmə qərarları › İş №3(003)-723/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-723/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-723/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 16 aprel 2023-cü il tarixli, EQ 13993986 saylı qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 aprel 2023-cü il tarixli, EQ 13993986 saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 19 aprel 2024-cü il tarixdə X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 16 aprel 2023-cü il tarixli, EQ 13993986 saylı qərarının ləğv edilməsinə dair şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 16 aprel 2023-cü il tarixli, EQ 13993986 saylı qərarının ləğv edilməsinə dair şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət verən şəxs X2 məhkəməyə təqdim etdiyi ərizədə şikayətinin geri qaytarılmasını xahiş etdiyinə görə məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 128.1- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 16 aprel 2023-cü il tarixli, EQ 13993986 saylı qərarının ləğv edilməsinə dair şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar