Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-724/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 06 may 2021ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3450/2021 nömrəli 16 aprel 2021-ci il tarixli icra sənədinə əsasən məişət zorakılığından zərərçəkmiş şəxs X3 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmiş, məişət zorakılığı törətmiş şəxs Şəxs məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxs X1 olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxs X3 narahatlıq gətirən digər hərəkətlər digər hərəkətlər (hər hansı rabitə vasitəsi ilə əlaqə saxlaması, ədalət mühakiməsini həyata keçirən orqanların çağırışlarında iştirak etmək istisna olmaqla, zərərçəkmiş şəxsə yaxınlaşması, zərərçəkmiş şəxsin faktiki yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6 ərazisində yerləşən yaşayış evinə 20 metr məsafədə yaxınlaşmaq) qadağan edilmişdir. 05 may 2021-ci il tarixdə Şəxs icra sənədində qeyd edilən qadağanı qəsdən pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 may 2021-ci il tarixdə icra sənədində qeyd edilən qadağanı qəsdən pozmuşdur. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4 göstərdi ki, o, Şəxs ilə 11 il bundan əvvəl ailə həyatı qurmuş, birgə nikahdan 2 övladları vardır. Birgə yaşadıqları müddətdə o, Rüfət tərəfindən həmişə məişət zorakılığına məruz qalmış, döyülmüş, söyülmüş, alçaldılmışdır. Abrına qısılaraq bu barədə heç kimə, hətta valideynlərinə belə ailəsinin sirrini verməmişdir. Rüfətin hərəkətlərindən bezərək uşaqlarını da götürüb atasının evinə getmiş və nikahlarının pozulması barədə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, hazırda məhkəmə onlara barışmaqdan ötrü 3 ay müddət müəyyən etməklə işə baxılmasını təxirə salmışdır. Rüfət isə guya onunla barışmaq adı ilə valideynlərinin evinə və iş yerinə tez-tez gələrək onu narahat edir. O isə Rüfətlə barışmaq istəmir və ləyaqətini qoruyaraq onunla yollarını birdəfəlik ayırmaq istəyir. Rüfətin get-gedə şiddətlənən hərəkətlərindən, onu öldürməklə hədələməsindən bezərək Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-3450/2021 nömrəli 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə ona məişət zorakılığından zərərçəkmiş şəxs kimi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Bu barədə Rüfət icra məmuru tərəfindən məlumatlandırılmış, o, həmin orderin tələblərini pozduğuna görə ondan izahatlar və iltizam alınmış, lakin bütün bunlara baxmayaraq, Rüfət ona qarşı zorakılığ hərəkətlərini davam etdirmiş, 05 may 2021-ci il tarixdə onun iş yerinə gələrək ona yaxınlaşmaq istəmişdir. O da məcbur qalıb aidiyyəti üzrə şikayət etmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, Sevinc Rzayevaya barışmaq üçün dəfələrlə zəng etmiş, lakin Sevinc telefona cavab verməmişdir. O, ailəsini bərpa etmək üçün əvvəllər Sevincin yaşadığı ünvan 1 ünvanına getmiş, lakin barışıq əldə edə bilməmişdir, həm də Sevinc ona uşaqlarla ünsiyyətdə olmağa imkan vermir, onun telefonunu bloka salmışdır. 05 may 2021-ci il tarixdə də eyni məqsədlə Sevincin iş yerinə getmiş, lakin Sevinc bu dəfə də ondan şikayət etmişdir. Bu halı icra vərəqəsində qeyd edilən qadağanın pozulması kimi qəbul etmir. Bundan sonra Sevinci narahat etməyəcək və onunla barışmağa təşəbbüs göstərməyəcək. Bunların nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qüvvədə olan məhkəmə qətnaməsini icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan icra edilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 may 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-724/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-724/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver