Məhkəmə qərarları › İş №3(003)-725/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-725/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-725/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 31 mart 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022-009 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2697 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 verilməlidir. Lakin o, indiyə qədər borc məbləğini qərəzli şəkildə tam ödəməyərək icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, indiyə qədər borc məbləğini tam ödəməmiş, qeyd olunan icra sənədinin tam icrasından üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur və tələbkar borcun tam ödənilməsini tələb edir. Borclunun əmlak vəziyyəti barədə sorğular göndərilmiş vəonun hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu İcra şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır İzahatında o, maddi imkanı olmadığına görə ödəniş edə bilmədiyini, bundan sonra hər ay 200 manat olmaqla borcundan ödəniş edə biləcəyini qeyd etmişdir. Borclu sonradan Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə 06 fevral 2023cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. 31 mart 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu yenə maddi imkanı olmadığına görə ödəniş edə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında borclu bundan sonra hər ay 300 manat ödəniş edə bilcəyini göstərib bunun üçün ona bir qədər vaxt verilməsini xahiş etmiş, bunu nəzərə alan məhkəmə tərəfindən borcluya borcundan ödəniş etmək üçün vaxt verilərək işə baxılması bir neçə dəfə təxirə salınmış, lakin borclu həmin tarixlərdə məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-725/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində məcburi gətirmə qərarı çıxarılaraq icra olunması üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir. 18 sentyabr 2023-cü il tarixdə borclu Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilmişdir. Borclu ötən müddət ərzində ümumi borcundan 1200 manat ödədiyini, tələbkar da gəlib borclunun həqiqətən ümumi borcundan 1200 manat ödədiyini təsdiq etmişdir. Borclu icra sənədini indiyə qədər tam icra etmədiyinə görə onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qanunlara hörmətlə yanaşır, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi imkanı olmadığı üçün bir müddət ödəniş edə bilməmiş, məhkəmə iclasında isə ödəniş üçün ona vaxt verildikdən sonra o, pul tapa bilmədiyi üçün utandığından məhkəməyə gəlməmiş, lakin sonradan hissə-hissə olmaqla tələbkara ümumilikdə 1200 manat ödəmiş, tələbkar da bunu təsdiq etmişdir. Qalan borcu da hissəhissə olmaqla yaxın vaxtlarda tamamilə ödəyəcəkdir. Özü müharibə iştirakçısıdır, himayəsində bir azyaşlı uşağı vardır. Hesab edir ki,onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarını araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün Şəxs həmin Məcəllənin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022-009 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından boyun qaçırmış, protokol tərtib olunan 31 mart 2023-cü il tarixə 2697 manat borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Şəxs tərəfindən göstərilən inzibati xəta 31 mart 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmasına baxmayaraq, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar