Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-728/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən “Poçt Göndərişlər” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli 34/020/0100157 nömrəli raporta əsasən HNBGİ ƏTİ Təhqiqat şöbəsində araşdırma bağlanılmışdır. Belə ki "xxxx" MMC-nin ünvanına daxil olmuş ***- *******6 nömrəli aviaqaimə ilə müşayiət olunan poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində həyata keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barədə şübhələr müəyyən edilmiş və risk qiymətləndirilməsi həyata keçirilmiş, aparılan gömrük baxışı zamanı "xxxx" MMC-nin ünvanına yuxarıda qeyd edilən aviaqaimə əsasında gələn 314 ədəd bağlamanın bir neçə halda tərkib hissəsini təşkil edən malların oxşar cinsliliyi və s. indiqatorlar malların şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı barədə şübhələr formalaşdırmışdır. xx.xx.2022-ci il tarixli 34/020/0100157 raportların araşdırılması ona həvalə olunduğu üçün müvafiq qanunvericiliyə uyğun olaraq tərəfindən araşdırma aparılmış və yuxarıda adları qeyd edilən şəxslərlə bağlamalardakı qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün HNBGİ Təhqiqat şöbəsinə dəvət edilmişdir. HNBGİ Təhqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs, Ümid Səfərov, Ülviyyə Ələkbərova, Vilayət Fərzəliyev, Əliyev Təyyar, Əskərova Türkanə adlarına gələn bağlamaların ona məxsus olduğunu bildirmişdir. Şəxs izahatına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 34/020/0100157 nömrəli raportda adları qeyd edilən Ümid Səfərov, Ülviyyə Ələkbərova, X1 Təyyar, Əskərova Türkanə adına gələn bağlamalar Şəxs məxsusdur və kommersiya xarakteri daşıyır. Həmin malların gömrük dəyəri 11.954 TRY (xx.xx.2022-ci il tarixinə olan məzənnəyə əsasən 1277.88 manat) təşkil etmişdir. Beləliklə, araşdırma nəticəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Bu barədə Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş-leytenantı X2 tərəfindən 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs 18 may 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC vasitəsilə ***-*******6 nömrəli aviaqaimə ilə Şəxs, Ümid Səfərov, Ülviyyə Ələkbərova, Vilayət Fərzəliyev, Əliyev Təyyar, Əskərova Türkanə adlarına gələn bağlamaların məhkəmə qaydasında müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və Şəxs bağlamaların müsadirə olunmasını xahiş etməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan 11954 (on bir min doqquz yüz əlli dörd) Türk lirəsi təşkil edən 314 ədəd bağlama müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-728/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-728/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver